Accessibility links

Freedom House: Dünyada demokratiya və azadlıqlarda zəifləmə müşahidə edilir


Freedom House: Dünyada demokratiya və azadlıqlarda zəifləmə müşahidə edilir
please wait

No media source currently available

0:00 0:03:46 0:00

Freedom House-un dünyada demokratiya və azadlıqlarla bağlı illik hesabatında aşkarlanan faktların məyusedici olduğu bildirilir. Qrup fərdi azadlıqlar və demokratik sistemlərin hücumlar altında olduğunu deyir.

Freedom House-un hesabatında dünyada demokratiya və azadlıqlarda zəifləmə müşahidə edildiyi bildirilir. Burada Honq Konqda Çin hakimiyyətinə qarşı etirazların dağıdılması, İranda İslam Respublikasının istefasını tələb edən nümayişçilərə divan tutulması kimi problemlərə yer verilib. Hətta bəzi demokratik icmalarda belə qəddar güc tətbiqinə də yol veridliyi deyilir.

"Demokratiya təhlükədədir. Bu il demokratik və qəddar rejimlərin hər ikisində bərabər hüquqlar və azlıqların hüquqlarına riayət edilmədiyi müşahidə olunub.14- cü ildir ki, ardıcıl şəkildə demokratiyada tənəzzül qeydə alınır" - deyə, Sara Repiççi bildirib.

Freedom House-un Tədqiqat və Araşdırmalar şəbəsinin vitse-prezidenti Sara Repuççi daha çox hökumətlərin dini və etnik azlıqları hədəf aldığını deyir.

"Ölkələrin azlıqları hədəf alması və ya onlara qarşı geniş şəkildə metodları sınaqdan çıxarması tendensiyasında artım müşahidə olunur."

Repuççi deyir ki, Çin kimi repressiv ölkələrdə böyük sahənin nəzarətindən əvvəl kiçik icmalara nəzarət həyata keçirilir. Buna baxmayaraq, Honq Konq əhalisi azadlıq uğrunda mübarizədə əzmkarlıq göstərir.

"Honq Konqda insanların digər yerlərlə müqayisədə azalıq və demokratiyanı daha mühüm hesab etdiyi aydın məsələdir. Honq Konq hərəkatı olduqca mühümdür. Bu hərəkata dəstək verilməlidir. Belə ki, Çin hökuməti xalqın nə istədiyini anlamalıdır. "

Ötən il seçkilər keçirilən Benində azadlıq göstəricilərində çevriliş və ya müharibə yaşanan ölkələrdə olduğu dərəcədə eniş müşahidə olunub.

Lakin bəzi ölkələrdə inkişaflar da əldə edilib.

"Ötən il ərzində ən parlaq bölgə Sudan olub. Xalq hərəkatı 30 il hakimiyyətdə olan və soyqırımda ittiham edilən prezidenti devirib. Bu, misilsiz bir hadisədir."

Repuççi ümidlərin qalxmaq istəyən xalqlarla bağlı olduğunu deyir.

Freedom House-un illik hesabatı göstərir ki, uğursuzluqlardan əziyyət çəkən ölkələr uğur əldə edənlərdən iki-bir fərqlə irəlidədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG