Accessibility links

Freedom House-un hesabatında Azərbaycan qeyri-azad ölkələr sırasında yer alıb – siyasi və ekspert baxışı


Freedom House hüquq müdafiə təşkilatı fevral'n 24-də “Dünyada Azadlıq 2022” adlı illik hesabatını təqdim edib.

Hesabat hökumətlərin öz xalqları qarşısında cavabdeh olduqları demokratiya və azadlıqların yayılmasına dair inam üzərində qurulub.

Sənədin giriş hissəsində avtoritar hakimiyyətlərin qlobal səviyyədə genişlənməkdə olduğu qeyd edilir.

“Qlobal azadlıqlar ciddi təhlükə ilə üz-üzədir. Bütün dünyada liberal demokratiyanın – insan hüquqlarının tanındığı və hər bir fərdin qanun qarşısında bərabər rəftar hüququna malik olduğu özünüidarəetmə formasının düşmənləri öz hücumlarını sürətləndirirlər,” sənəddə qeyd edilir.

Freedom House report
Freedom House report

Hesabat dünayada insanların əsas fundamental azadlıqları üzrə indeksi əks etdirir. Azadlıq indeksi 0-dan (ən az) 100-ə qədər (ən çox) ballar üzrə qiymətləndirilir.

Freedom House: Azərbaycanda idarəetməni mərkəzləşmiş avtoritar rejim həyata keçirir

Hesabatın “Dünyada Azadlıq indeksi” 210 ölkə və ərazidə insanların siyasi hüquq və vətəndaş azadlıqlarını əhatə edir. Buraya fərdi azadlıqlar – səsvermə hüququ, ifadə azadlığı, qanun qarşısında bərabərlik hüququ üzrə azadlıqlar daxildir.

Freedom House report
Freedom House report

Azərbaycan bu azadlıqlar üzrə 100 mümkün baldan 9 bal, yəni siyasi hüquqlar üzrə 2, vətəndaş azadlıqları üzrə 7 bal toplayaraq qeyri-azad ölkələr sırasında yer alıb. Ölkə 2020-ci ildə 100 baldan 10 bal toplamışdı. Ümumilikdə isə sənəddə bildirilir ki, Azərbaycan son 10 ildə reytinqdə 14 bal geriləyib.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Rəsul Cəfərov: Demokratik prosesin inkişafında ciddi ləngimələr var

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Amerikanın Səsinə deyib ki, hesabat reallıqla üst-üstə düşür.

“Çünki belə hesabatlar hazırlanarkən siyasi və mülki hüquqların durumu, ümumi demokratik inkişaf perosesi əsas götürülür. Hesabatda ayrıca internet azadlığı ilə bağlı qeydlər də var. Biz hüquq müdafiəçiləri də daim bu problemləri qaldırırıq. Problem reallıqda həllini tapmırsa belə hesabatlarda əksini tapır.”

Rəsul Cəfərov: Demokratik prosesin inkişafında ciddi ləngimələr var
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Hüquq müdafiəçisinin firkincə, problem mövcuddursa hesabatın hansı təşkilat tərəfindən hazırlanması elə də fərq etmir.

“Fikrim budur ki, siyasi hüquq və azadlıqların təminatında, demokratik prosesin inkişafında ciddi ləngimələr var, problemlər mövcuddur. Onların aradan qaldırılması çox vacibdir. Təkcə hesabtlardakı tərifə və ya tənqidə görə yox, ümumilikdə dövlətə və cəmiyyətə töhfə vermək üçün bu sahələr inkişaf etdirilməlidir,” o qeyd edib.

Elman Nəsirov
Elman Nəsirov

Elman Nəsirov: Freedom House təşkilatının hesabatı siyasi sifariş əsasında hazırlanır

Milli Məclisin, iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvü olan deputatı Elman Nəsirov Amerikanın Səsinə deyib ki, hesabat reallığı əks etdirmir.

“Freedom House təşkilatının hesabatı siyasi sifariş əsasında hazırlanır. Biz bunu dəfələrlə görmüşük. Görümüşük ki, həmişə selektiv seçim ortaya qoyulur. Azərbaycana yanaşmada qərəzli münasibətlə seçilir. Freedom House təşkilatı heç bir halda haqqın, ədalətin carçısı kimi çıxış edə bilmir. Bu təşkilat Azərbaycanda müəyyən siyasi dairələrdən alıdğı qeyri-obyektiv məlumatlar əsasında rəylər formalaşdırır. Konkret eyni mənbələrlə işləyirlər, heç bir halda difgər alternativ mənbələrlə işləmirlər. Özləri üçün lazım olan bir mənbədən məlumatlar alırlar və beynəlxalq ictimai fikri Azərbaycanın əleyhinə yönəltmək istəyirlər,” o qeyd edib.

Seymur Həzi
Seymur Həzi

Seymur Həzi: Hesabat vəziyyəti tam əks etdirir

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə deyib ki, Azərbaycan hüquq və azadlıqlar məsələsində son iki ildə xüsusilə geriləyib.

“Bunun başlıca səbəbi hakimiyyətin pandemiyadan rəqiblərinə və bütövlükdə cəmiyyətə qarşı istifadə etməsidir. Hökumət bu müddət ərzində 200 mindən çox vətəndaşı mübahisəli formada cərimələyib. Müxalifətçiləri həbs edib. Təkcə bu müddətdə 50-yə yaxın siyasi fəal, o cümlədən 30-u AXCP üzvü olmaqla- inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Bu mənada təşkilatın hesabatı vəziyyəti tam əks etdirir,” o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG