Accessibility links

Freedom House: Azərbaycan internetin qismən-azad olduğu ölkədir


Freedom House: Azərbaycanda İnternet məhdudiyyətləri var
Freedom House: Azərbaycanda İnternet məhdudiyyətləri var

Beynəlxalq Elektrorabitə İttifaqının (BEİ) məlumatına görə, 2011-ci ildə Azərbaycan əhalisinin 50%-nin İnternetə çıxışı olub

Azərbaycan internetin “qismən azad” olduğu ölkədir. Bu barədə Freedom House hüquq müdafiə təşkilatının dərc etdiyi illik məruzədə deyilir.
Araşdırma 47 dövləti əhatə edib. Bu dövlətlər üç qrupa bölünüb: azad, qismən azad və qeyri-azad. Bu və ya digər qrupa mənsubluq hakimiyyətin internetdə informasiya axınının idarə edilməsi üzrə fəallığı ilə müəyyən edilir.

Azad ölkələr: Estoniya, ABŞ, Almaniya, Avstraliya, Macarıstan, İtaliya, Filippin, Böyük Britaniya, Argentina, CAR, Braziliya, Ukrayna, Keniya, Gürcüstan.

Qismən azad ölkələr: Nigeriya, Cənubi Koreya, Uqanda, Qırğızıstan, Meksika, Hindistan, İndoneziya, Liviya, Malayziya, İordaniya, Tunis, Türkiyə, Venesuela, Azərbaycan, Ruanda, Rusiya, Zimbabve, Şri-Lanka, Qazaxıstan, Misir.

Qeyri-azad ölkələr: Tailand, Pakistan, Belarus, Bəhreyn, Səudiyyə Ərəbistanı, Vyetnam, Birma, Efiopiya, Özbəkistan, Suriya, Çin, Kuba, İran.

Beynəlxalq Elektrorabitə İttifaqının (BEİ) məlumatına görə, 2011-ci ildə Azərbaycan əhalisinin 50%-nin İnternetə çıxışı var idi.
Geniş zolaqlı İnternet istifadəçilərinin sayı 2006-cı ildə 4000 nəfərdən 2011-ci ildə demək olar ki, bir milyona çatıb. Bununla belə, Bakı hüdudlarından kənarda sakinlərin internetə çıxışı həddindən artıq məhduddur.

İnternet-provayderlərin xidmətlərinin qiymətləri 2011-ci ildə 25%-dən 50%-ə qədər azaldılıb, lakin bir çox vətəndaşlar üçün əlçatmaz olaraq qalır.
Hökumətin nəzarətində olan Delta Telecom (əvvəlki adı AzərSat) ən böyük provayderdir və təxminən 40 özəl provayderə İnternet satır.

Ən böyük dövlət provayderi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus Aztelekom-dur. Aztelekom-un rolu artdıqca İKT üzərində dövlət nəzarəti daha da aşkar olur.

2007-ci ildən bloqların sayı artmağa başlayıb, 2011-ci ildə də davam edib və hazırda 27000-ə çatıb.

Onlardan başqa, Azərbaycanda ondan çox internet radiostansiyası və telekanal var və 100 000-dən çox istifadəçi İnternet tv-yə baxır.

Azərbaycanda jurnalistlərin və vətəndaşların İnternetdə fəaliyyətlərinə görə təqibi təmayülünün artdığı müşahidə olunur. Söz azadlığını boğmaq və həm ənənəvi KİV-lərdə, həm də İnternetdə tənqidi səsləri susdurmaq üçün Azərbaycan hakimiyyəti tənqidçiləri onların işi ilə bağlı olmayan – böhtan, qanunsuz narkotik saxlamaq və s. ittihamlarla saxlayır. Bu təmayül 2011-ci ilin mart-aprel aylarında xüsusilə nəzərə çarpırdı, yüzlərlə nümayişçi hökumətdə korrupsiyaya etiraz əlaməti olaraq, ədalətli seçkilər və insan hüquqlarına hörmət tələbi ilə Bakı küçələrinə çıxdı. Həmin vaxt fəal etirazlara çağıran bir neçə bloger həbs edildi.

Quba şəhərində 1 mart 2012-ci etirazlarının nəticəsi olaraq böyük bir qrup həbs edildi. Onlar arasında YouTube-da icra hakimiyyətinin yerli sakinləri təhqir etdiyi videonu yaymaqla iğtişaşlara səbəb olmaqda ittiham olunan Xəyal TV-nin iki jurnalisti də var idi.

İnternetdə və sosial şəbəkələrdə jurnalistlərin nəşrlərinə və ifadələrinə görə təqibə və şantaja məruz qalması üzrə başqa faktlar da olub. Bu proses 2012-ci ilin may ayında Eurovision müsabiqəsinin keçirilməsi zamanı növbəti dəfə güclənib.

2011-ci il ərzində bəzi müxalif xəbər saytları müntəzəm hücumlara məruz qaldı ki, bu da onların müvəqqəti bağlanmasına səbəb oldu.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG