Accessibility links

Fransa polisi sinaqoqu yandırmağa cəhd edən şəxsi öldürüb


Fransa polisi cümə günü ölkənin şimalındakı Ruen şəhərindəki sinaqoqu yandırmağa cəhd edən silahlı şəxsi güllə ilə vuraraq öldürüb.

Daxili işlər naziri Cerald Darmanin əvvəllər Twitter olan X hesabında "Milli polis bu səhər tezdən Ruen şəhərində sinaqoqu yandırmaq istəyən silahlı şəxsi zərərsizləşdirib" yazıb.

Polis "sinaqoq yaxınlığında yanğın" xəbərini səhər saat 6:45-də aldığını bildirib.

Məsələdən xəbərdar olan mənbənin France Press xəbər agentliyinə verdiyi məlumata görə, vurulan kişi "bıçaq və dəmir parçası ilə silahlanıb, polisə yaxınlaşanda, polis atəş açıb. Kişi ölüb".

"Bu, təkcə yəhudi icmasına deyil, bütün şəhərə təsir edib, Ruen şəhəri zədələnib və şokdadır" - deyə, Ruen meri Nikola Mayer-Rossinyo X-də yazıb.

O, hücum edəndən şəxsdən başqa qurbanın olmadığını bildirib.

Ruen prokurorlarının dediyinə görə, ayrı-ayrılıqda iki istintaq işi açılıb - biri sinaqoqda baş verən yanğınla, digəri isə polis tərəfindən öldürülən şəxsin ölümü şəraiti ilə bağlı.

Fransanın baş polis müfəttişliyi hər hansı bir şəxs polis tərəfindən öldürüldükdə belə bir araşdırma aparır.

The man threatened a police officer with a knife and the latter used his service weapon, said the Rouen prosecutor.

Ruen prokuroru deyib ki, öldürülən şəxs polis məmurunu bıçaqla hədələyib, polis isə özünün xidməti silahından istifadə edib.

Mənbə polisin ölən şəxsin kimliyi barədə məlumat vermədiyini deyib.

Fransa İsrail və ABŞ-dan sonra ən böyük yəhudi icmasının olduğu ölkənir. Fransa eləcə də Avropanın ən böyük müsəlman icmasına malikdir.

Oktyabrın 7-də fələstinli HƏMAS militant qruplaşmasının İsrailə hücumu, ondan sonra isə İsrailin Qəzza zolağını bombalamasından sonra Fransada gərginliklər yaşanıb.

Forum

XS
SM
MD
LG