Accessibility links

Fransanın Yeni Kaledoniya ərazisində yenidən iğtişaşlar baş qaldırıb


Rəsmilərin bazar ertəsi bildirdiyinə görə, Fransanın Sakit okean sahilində yerləşən Yeni Kaledoniya ərazilərində yeni iğtişaşlar baş verib və keçən gecə polis idarəsi və bələdiyyə binası olmaqla, bir neçə bina yandırılıb.

Yeni zorakılıqlar Fransanın həftəsonu qanunvericilik orqanlarına tarixi seçkilərində səs verməyə hazırlaşdığı və ölkə daxilində ifrat sağçı dalğasına dəstəyin artdığı vaxta təsadüf edib.

May ayının ortalarında Yeni Kaledoniyada yerli Kanak xalqının onların müstəqilliynii qəti şəkildə əlçatmaz edərək, daim azlıqda qoyacağından qorxduğu seçki islahat planı ilə əlaqədar iğtişaşlar və talanlar başlayıb.

Zorakılıqlar 9 nəfərin ölümünə səbəb olub və dəyən ziyan 1,5 milyard avrodan (1,6 milyard dollar) çox qiymətləndirilib.

Son günlər Fransa rəsmiləri Parisdən təxminən 17 min kilometr məsafədə yerləşən Yeni Kaledoniyanın paytaxtı Numeanın yenidən onların nəzarəti altında olmasında israr edirdi.

Lakin ölümcül iğtişaşları təşkil etməkdə günahlandırılan, müstəqillik uğrunda mübarizə aparan yeddi fəalın həftə sonu məhkəməyə qədər həbs üçün Fransaya göndərilməsindən sonra zorakılıqların son dalğası başlayıb.

But the new violence erupted after seven independence activists accused of orchestrating the deadly riots had been sent to mainland France for pre-trial detention over the weekend.

Müstəqillik tərəfdarı CCAT qrupu bazar ertəsi Fransanın "müstəmləkəçilik taktikasını" pisləyib və qrupun rəhbəri Kristian Teyn də daxil olmaqla, həbs edilən fəalların "dərhal azadlığa buraxılmasını və geri qaytarılmasını" tələb edərək, onların Yeni Kaledoniyada mühakimə edilməli olduqlarını bildirib.

Fransa prokurorları müstəqillik fəallarının materik Fransaya "istintaqın heç bir təzyiq olmadan, sakit şəkildə davam etməsinə imkan vermək üçün" göndərildiklərini deyib.

Fransa dövlətini arxipelaqda təmsil edən Ali Komissiyanın bəyanatında deyilib ki, gecə “bütün materik [ərazi], Pins və Mare adaları çoxsayda güc qüvvələrinin müdaxiləsinin tələb edildiyi iğtişaşlarla yadda qalıb, polisə hücumlar və yanğınlar törədilib, yollar bağlanıb”.

Forum

XS
SM
MD
LG