Accessibility links

“Azərbaycanın MSŞT-ni tərk etməsi nəhəng qaz layihəsini riskə qoyur”


Financal Times qəzeti yazır ki, Azərbaycan hökumətinin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) tərk etməsi Avropaya istiqamətlənəcək multi-milyard dollarlıq qaz layihəsi üçün tələb olunan krediti sual altına qoyub.

MSŞT cümə axşamı Azərbaycanda sivil cəmiyyətin bərbad durumda olmasını əsas gətirərək rəsmi Bakının təşkilatdakı fəaliyyətini dayandırdı. Bunun ardınca isə Azərbaycan hökuməti bəyanat verərək təşkilatdan çıxdığını bəyan etdi.

Bakının təşkilatdan çıxması bu layihənin maliyyə sponsorlarını ticari sövdələşmə ilə şəffaflıq və yaxşı idarəçilik arasında seçim qarşısında qoyacaq.

Qəzetin yazdığına görə Xəzər Dənizində yerləşən qaz yataqlarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya birləşdirilməsi üçün 46 milyard dollar həcmində layihəyə Azərbaycanın töhfəsi risklə üzləşir.

“Bakının təşkilatdan çıxması bu layihənin maliyyə sponsorlarını ticari sövdələşmə ilə şəffaflıq və yaxşı idarəçilik arasında seçim qarşısında qoyacaq,” qəzet yazır.

Avropanın Yenidənqurma və İnkişaf Bankı Bakının qərarına şərh verərək qurumun özünün “ciddi daxili yoxlama prosesi"-nə malik olduğunu qeyd edib.

Azərbaycanda neft hasilatı ilə məşğul olan ən iri xarici şirkət BP “əldə olunmuş proqresə baxmayaraq” MSŞT-nin Əliyev hökumətinə qarşı qərarından məyus olduğunu bildirib.

Azərbaycanda milyardlarla dollar həcmində biznes edən BP şirkəti MSŞT-nin Azərbaycan hökumətinə qarşı qərarına etiraz edir.
Azərbaycanda milyardlarla dollar həcmində biznes edən BP şirkəti MSŞT-nin Azərbaycan hökumətinə qarşı qərarına etiraz edir.

Neft şirkəti habelə Azərbaycanın təşkilatdan çıxmaq qərarından da məyusluğunu ifadə edib.

“Biz hesab edirik ki, MSŞT İdarə Heyətinin qərarı və onun fəsadları heç kəsin marağında deyil,” BP bəyan edib.

Dünya Bankı isə “Azərbaycanın gəlirlərin idarəçiliyi və mədən sənayesində ümumi şəffaflığın aydın, inklusiv və şəffaf çərçivədə inkişaf etdirmək yönümündə davamlı səylərini” dəstəkləyəcəyini bəyan edib.

Enerji ilə zəngin Azərbaycan son 50 ilin böyük qismini bir ailənin idarəçiliyi altında keçirib.

“Enerji ilə zəngin Azərbaycan son 50 ilin böyük qismini bir ailənin idarəçiliyi altında keçirib,” Financial Times yazır.

Ölkəsini Rusiyanın genişlənən nüfuzuna qarşı Qərbin Xəzər regionunda müttəfiqi kimi qələmə verən prezident İlham Əliyev insan haqları pozuntularında, o cümlədən fikir ayrılıqlarını və siyasi müxalifəti boğmaqda ittiham olunur.

XS
SM
MD
LG