Accessibility links

Fransa Ukraynadakı müharibəyə dəstəyini gücləndirir


Bazar günü Fransa Ukrayna şəhərlərini pilotsuz təyyarələrin hücumlarından qorumaq üçün hava hücumundan müdafiə sistemləri, eləcə də Ukrayna əsgərləri üçün genişləndirilmiş təlim proqramı vəd edib. Bununla Fransa Prezidenti Emmanuel Makron hökumətinin Rusiyanın işğalına qarşı Ukraynaya hərbi dəstək verməkdə geri qaldığına dair fikirləri dəyişməyə çalışır.

Le Parisien-nin dərc etdiyi müsahibəsində müdafiə naziri Sebastian Lekornyu deyib ki, Ukraynanın 2000-ə qədər əsgəri Fransadakı hərbi bazalarda bir neçə həftəlik döyüş hazırlığı, maddi-texniki təchizat və Fransa tərəfindən təmin edilən digər avadanlıqlarla təmin edilərək, daha çox ixtisaslaşdırılmış təlimlər keçəcək.

"Təəssüf ki, müharibənin davam edəcəyi faktdır. Yeni nəsil əsgərlər də məşq edilməlidir ki, buna tab gətirə bilsinlər" - deyə, qəzet nazirin dediklərindən sitat gətirib.

Fransa bundan əvvəl Ukrayna artilleriya qoşunlarına verdiyi özüyeriyən "Caesar" haubitsalarından istifadə etmək üçün təlimlər keçirib.

Nazirin dediyinə görə, hazırda Fransanın təklif etdiyi genişləndirilmiş təlim "çox vacib addımdır". "Biz miqyası dəyişirik" , nazir deyib.

Nazir bildirib ki, Fransanın Ukraynaya göndərməyə hazırlaşdığı "Crotale" hava hücumundan müdafiə raket batareyaları "dronlar və havadan bombardmanlarla mübarizədə xüsusilə faydalı olacaq".

Nazir Fransada belə 12 batareya olduğunu desə də, onlardan neçəsinin Ukraynaya göndəriləcəyini bildirməyib. Bu, onların səmalarını müdafiə etmələri üçün əhəmiyyətli olacaq" - deyə, o bildirib.

Nazir deyib ki, məqsəd Ukraynanın iki ay ərzində onları yerləşdirə bilməsidir ki, buraya ukraynalıların onlardan istifadə etməsi üçün təlim vaxtı da daxildir.

Fransa Uikraynaya 18 "Caesar" artilleriya qurğusu tədarük edib və daha 6 qurğunun göndərilməsi müzakirə olunur. Lecornyu bildirib ki, Fransa, həmçinin Ukraynanın yerüstü raket zərbə silahları ilə bağlı müraciətini nəzərdəön keçirir.

Fransa "ukraynalıların yalnız Fransadan olmaq şərti ilə bu istədiklərini ala bilmələri" üçün 97 milyon dollarlıq fond yaradıb.

XS
SM
MD
LG