Accessibility links

“Fu Məzi” yazan fəal saxlanılıb


Etiraz şüarı (Foto meydan tv-nin facebook səhifəsindəndir)

Bu gün bir qrup deputatlığa namizəd yenidən Mərkəzi Seçki Komissiyasının binası qarşısında Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilər üzrə səsvermənin nəticələrinin etibarsız sayılması tələbi ilə etiraz aksiyası keçirib.

Aksiya zamanı, MSK binasının qarşısındakı yeni tikilməkdə olan binanın hasarına “FU Məzi” (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red) şüarı yazdığına görə seçkilərdə müşahidəçi olan, fəal Fuad İsmayılov polis tərəfindən saxlanılıb.

Rəsmi qurumlar fəalın saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Fevralın 21-də Mərkəzi Seçki Komissiyası (MSK) depuatatlığa namizədlərin şikayətlərinə baxışı davam etdirib.

Mərkəzi Seçki Komissiyası 91 saylı Ucar Seçki Dairəsinin (lider namizəd Ramil Həsən) iki seçki məntəqsində səsvermənin nəticələrini etibarsız hesab edib.

MSK həmçinin 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən (lider namizəd Eldar Quliyev) qeydə alınan namizəd Aygün Süleymanlının (Muradxanlı) şikayətini təmin etməyib.

XS
SM
MD
LG