Accessibility links

Fuad Əhmədli: Azərbaycan hakimiyyəti Dövlət Departamentinin hesabatına ciddi yanaşmalıdır


Fuad Əhmədli: Azərbaycan hakimiyyəti Dövlət Departamentinin hesabatına ciddi yanaşmalıdır
please wait

No media source currently available

0:00 0:10:19 0:00

Siyasi Məhbuslar və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin həmtəsisçisi Fuad Əhmədli ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumu ilə bağlı hesabatının Azərbaycana aid hissəsi haqqında Amerikanın Səsinə müsahibəsində ölkədə insan haqlarının durumundan danışıb.

Amerikanın Səsi: ABŞ Dövlət Departamentinin insan haqlarının durumu ilə bağlı illik hesabatında Azərbaycanda qanunsuz həbslər, işgəncələr, siyasi məhbuslar, həbsxanalarda sərt şərait, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalarla bağlı məlumatlar yer alıb. Siz Azərbaycan həbsxanasında həbs həyatı yaşayan şəxs kimi bu iddialarla bağlı nə deyə bilərsiniz?

ABŞ Dövlət Departamentinin hesabatı həqiqətləri tam aydınlığı ilə ortaya qoyur.

Fuad Əhmədli: Ötən gün dərc olunmuş hesabat əsasında bir şeyin açıq şahidi olduq ki, ötən illərdəki hesabatlara nəzərən bu il qara nöqtlər neqativ mənada xüsusi özəlliyi ilə seçilir. ABŞ Dövlət Departamentinin hesabatı həqiqətləri tam aydınlığı ilə ortaya qoyur. Belə ki, biz orada ayrı-ayrı dövlət orqanlarının, məsələn deyək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovun psixiatrik xəstəxanaya yerləşdirilməsi ilə bağlı Səhiyyə Nazirliyinin, penitensiar müəssisələrdə, həbs yerlərində işgəncələrlə bağlı Ədliyyə Naziriyinin Penitensiar Xidmətinin, deyək ki, polis idarələrində inzibati cərimə olunan şəxslərin saxlanma təcridxanalarında işgəncələrlə bağlı Daxili İşlər Nazirliyinin və digər orqanların açıq olan qanunsuzluq faktları ilə bağlı uyarılmasının şahidi olduq. Hədəf olaraq və tövsiyə olaraq birbaşa Azərbaycan hakimiyyətinə bir xitabı gördük. Bu da düşünürəm ki, Azərbaycan üçün yaxşı bir haldır. Azərbaycan kimi ölkələrdə bütün güc strukturları və digər dövlət orqanlarının faktiki olaraq mərkəzi hakimiyyətin əlində cəza predmetinə, cəza aparatına çevrilməsi xalqın özünümüdafiə imkanlarını və cəmiyyətin ümumilikdə müdafiə olunmaq və özünü ifadə etmək imkanlarını məhdudlaşdırır. Bu, bir çox hallarda iqtisadi, xalqın rifahı, milli maraqlar cəhətdən Azərbaycanın super tərəfdaşına çevrilməli olan bir ölkənin ölkəmiz haqqında belə bir təəssüratda olması Azərbaycan hakimiyyəti adına təəssüf doğurur. Çünki, hesabatda açıq şəkildə göstərilir ki, media azadlığı hissəsində, deyək ki, BBC, Azadlıq radiosu və digər media orqanlarının Azərbaycanda fəaliyyəinin məhdudlaşdırılması əvəzində Rusiyayönümlü Sputnik kanalının fəaliyyət göstərməsi birbaşa olaraq Azərbaycanın yanlış istiqamətdə, yanlış tərəfdarlar üzərində hərəkət etdiyini göstərir. Belə düşünürük ki, bu, Azərbaycan dövləti adına, Azərbaycan üçün yaxşı nəticələr verməyəcək. Çünki göstərilənlər reallıqlardır, faktlardır və Azərbaycanın mərkəzi hakimiyyəti bunlara ciddi və həssas yanaşmalıdır.

Amerikanın Səsi: Hesabatda Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı iddia edilir. Siz necə düşünürsünüz?

Azərbaycanda məhkəmələrin azad olmaması və mərkəzi hakimiyyətin əlində bir cəza aparatına çevrilməsi hüquq və azadlıqların ciddi şəkildə sarsılmasına səbəb olur.

Fuad Əhmədli: Qeyd etdiyim kimi qeyd olunan faktlardan Azərbaycanda məhkəmələrin azad olmaması və mərkəzi hakimiyyətin əlində bir cəza aparatına çevrilməsi, bu gün Azərbaycanın məhkəmə hakimiyyətinin, ümumiyyətlə qanunla qorunan hüquq və azadlıqların ciddi şəkildə sarsılmasına səbəb olur. Sevindirici haldır ki, bu, təkcə bizə görünmür və zaman-zaman bununla bağlı hazırladığımız heabatlar, beynəlxalq təşkilatlar qarşısında qaldırdığımız məsələlər ABŞ Dövlət Departamentinin də nəzərindən yayınmayıb. Çünki bu, əslində bizim qaldırdığımız məsələlər Azərbaycan hakimiyyətinin və daxili auditoriyanın diqqətinə alınası bir məsələdir. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda yaradılmış qorxu və hərbə-zorba mühiti insanların ictimai-siyasi proseslərdən, dövlət idarəçiliyi strukturundan tam məlumat almasına və bu işə müdaxilə etmək təsiri imkanlarını demək olar ki, sıfıra endirib. Buna görə, bir çox hallarda beynəlxalq təşkilatlar və xüsusilə də ABŞ Dövlət Departamentinin müəyyən məsələlərdə həqiqətləri qabarıq ifadə etməsi və Azərbaycan hakimiyyətinə tövsiyə və digər xarakterli xitablar etməsi yaxşı haldır.

Amerikanın Səsi: Siz özünüz istintaq prosesindən keçibsiniz, həbsxana həyatı yaşayıbsınız və həm də sizə qarşı ittiham irəli sürülüb. Bununla bağlı nə deyə bilərsiniz? İstintaq prosesində, həbsxanada, ittiham prosesində nələrlə rastlaşıbsınız? Dövlət Departameninin hesabatında deyilənlərlə öz həyatınızda rastlaşıbsınız, ya yox?

ABŞ Dövlət Departamentinin hesabatını oxuduqca öz həyatım bir lent kimi gözümün qarşısından keçir. Məsələn, Rəhim Xoyski adlı facebook fəalınıın polis idarəsinə dəvət olunması orada əks olunub.

Fuad Əhmədli: Bəli, qeyd edim ki, mən ilk öncə 2013-cü ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarına üzv oldum. Artıq 2014-cü ildə ilk olraq Bakının Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə dəvət olundum, profilaktik söhbət aparıldı və mənə Facebook-da yazdığım ayrı-ayrı tənqidi xarakterli, heç bir cinayət məsuliyyəti yaratmayan statuslarımın və yazılarımın silinməsi tələb olundu. Mən əlbəttə, bunu yerinə yetirmədim. Dünəndən ABŞ Dövlət Departamentinin hesabatını oxuduqca öz həyatım bir lent kimi gözümün qarşısından keçir. Məsələn, Rəhim Xoyski adlı Facebook fəalınıın polis idarəsinə dəvət olunması orada əks olunub. Pandemiya dövründə kreditlərin dondurulmasını, əhaliyə verilən müavinətlərın artırılmasını və sahibkarlardan vergi tutulmasının dayandırılmasını tələb edən bir facebook fəalından tələb olunub ki, yazılarını silinsin. Digər tərəfdən Bakı İstintaq Təcridxanasındakı işəgncələrlə bağlı bəli, dəfələrlə şahidi olmuşuq, düzdür, deyə bilmərəm ki, mənə bir fiziki zorakılıq olub, faktiki olaraq digər məhkumların timsalında gözümün qabağında dəfələrlə qeyri-insani rəftar, zorakılıq və alçaldıcı rəftarın şahidi olmuşuq. Dəfələrlə müəssisə əməkdaşlarına Avropa penitensiar qaydalarını və Azərbaycanın penitensiar xidmət əməkdaşının fəaliyyətinin tənzimlənməsi haqqında qanunları xatırlatmağımıza baxmayaraq, “get, hara istəyirsən şikayət et” tipli cavablarla qarşılaşmışıq. Bu da birbaşa olaraq onu göstərir ki, Azərbaycanda bütün bu məsələlərlə bağlı mənfi yönümdə paradokslar birbaşa ölkə rəhbərliyindən başlayır və Azərbaycan məmurunda xüsusi bir arxayınçılıq var ki, “mən etdiyim əmələ görə cəzalanmamalıyam.” İşgəncə isə cəmiyyətin xəstəliyidir. İşgəncə cəmiyyətin epidemiyasıdır və buna görə bütün dövlət, bütün ölkə sarsıla bilər.

Amerikanın Səsi: Məhkəmədə hüquqlarınızı təmin etmək hüquqünuz təmin edilibmi? Məhkəmənin müstəqliyi barədə nə deyə bilərsiniz?

Çox ədalətsiz, heç bir hüquqi əsası olmayan və qondarma siyasi əsaslara əsaslanan ittihamla 4 il müddətinə azadlıqdan məhrum edildim.

Fuad Əhmədli: Bir statistikanı xatırlatmaq istəyirəm. Ümumi məhkəmə proseslərində vəkilim tərəfindən verilən 40-dan artıq vəsatətlərin yalnız biri təmin edilib. Yəni, bütün istintaq materiallarının surətinin vəkilə təqdim olunması vəsatəti təmin edilib. Digər vəsatətlər, hansı ki, hüquqi cəhətdən əhəmiyyət kəsb edirdi, işin ümumi mahiyyətinə və barəmdə seçilmiş cəza tədbirinin ağırlığını isbat edə biləcək vəsatətlər idi, heç biri təmin olunmadı. Təbii olaraq, məhkəmənin sifarişli olması və birbaşa siyasi hakimiyyətin cəzaverici orqanı kimi fəaliyyət göstərməsi, bildiyimiz kimi hakim arbitir olmalıdır, hakim tərəfsiz olmalıdır, müstəqil olmalıdır, amma bu gün hakimlərdən iş kəsməzdən əvvəl artıq ittiham əldə edirik. Halbuki, ittiham tərəfi dövlət ittihamçısı tərəfidir. Hakim tərəfindən törətdiyin cinayətin və hansı cəzanı alacağının əvvəlcədən anaonsu verilir. Bu mənim timsalımda da baş verib. Ona görə düşünürəm ki, çox ədalətsiz, heç bir hüquqi əsası olmayan və qondarma siyasi əsaslara əsaslanan ittihamla 4 il müddətinə azadlıqdan məhrum edildim.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

ABŞ Dövlət Departamenti bəyanatla kifayətlənməməli, məntiqi ardıcıllıq davam etdirməlidir.

Fuad Əhmədli: Vəziyyətdən çıxış üçün ilk öncə beynəlxalq təşkilatlar və xüsusi olaraq haqqında danışdığımız ABŞ Dövlət Departamenti bəyanatla kifayətlənməməli, məntiqi ardıcıllıq davam etdirməlidir. Əlbəttə, gələcəkdə Azərbaycan hakimiyyətinə qarşı ayrı-ayrı nüfuzlu təşkilatlar tərəfindən, ABŞ Dövlət Departamenti tərəfindən sanksiyalar tətbiq olunarsa, məmurların özlərinə, əmlaklarına sanksiyalar tətbiq olunarsa, bunların reaksiyası necə olacaq? Əlbəttə, ritorikalar yumşalacaq, başqa cür olacaq. Ona görə, fikirləşirik ki, artıq əməli fəaliyyətə keçilməlidir. Azərbaycan hakimiyyəti ilə bağlı sosial-iqtisadi və siyasi repressiya basqıları üzərindən birbaşa əməli fəaliyyətə keçilməlidir. Həmçinin, bir təşkilat olaraq Azərbaycan hakimiyyətinə vəziyyəti o həddə çatdırmamasını tövsiyə edirik. Yəni, işgəncə faktları birmənalı şəkildə yığışdırılmalıdır. Buna göröə cəza mühiti formalaşdırılmalıdır. Yəni, cəzasızlıq mühiti artıq ayrı-ayrı sahələrdə, belə deyək, işgəncə, basqılar, hətta Rabitə və Yüksək Texnologiyalar Nazirliyi güc strukturu olmasa da Azərbaycan hakimiyyətinin əlində bir alətə çevirilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin evində internet və kommunikasiya blokadası ilə bağlı, mən bunu nəzərdə tuturam. Azərbaycan hakimiyyəti əlbəttə bu faktlara ciddi və həssas yanaşmalıdır, dövlətin dünyada reputasiyasının aşağı düşməsinə göz yummamalı, imkan verməməlidir.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə bütün fundamental hüquqların, o cümlədən söz, mətbuat, internet, toplaşmaq azadlığının tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Hüquq-mühafizə orqanları, o cümlədən Penitensiar Xidmət isə bir qayda olaraq işgəncə barədə məlumatları təkzib edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG