Accessibility links

Fuad Ağayev: Dövlət ehtiyacı adı ilə vətəndaşların mülkiyyəti ələ keçirilir


Fuad Ağayev
Fuad Ağayev

Vəkil Amerikanın Səsinə müsahibəsində mülkiyyət hüquqlarından danışıb

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində ölkədə mülkiyyət hüququnun durumundan danışıb.

Amerikanın Səsi: Azərbaycanda mülkiyyət hüququ barədə qanunvericilik real duruma uyğundurmu?

Fuad Ağayev: Azərbaycanda bir var qanunvericilik, bir də onun tətbiqi praktikası təcrübəsi var. Əlbəttə ki, konstitusiya normaları kifayət qədər mütərəqqidir. Amma, reallıqda onların nə dərəcədə tətbiq edilib-edilməməsi, nə dərəcədə düzgün yozulub-yozulmaması, əlbəttə, böyük suallar doğurur. Bir qayda olaraq bu adi vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır.

Fuad Ağayev: Dövlət ehtiyacı adı ilə vətəndaşların mülkiyyəti ələ keçirilir
please wait

No media source currently available

0:00 0:04:50 0:00

Amerikanın Səsi: Son dövrlər çoxsaylı özəl şirkətlər vətəndaşların evlərini sökərək yerində çoxmərtləbəli binalar tikir. Bu zaman insanların mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq qorunurmu?

Xüsusən Bakının mərkəzində, o cümlədən Bayıl qəsəbəsində çox ciddi qanun pozuntuları ilə rastlaşırıq.

Fuad Ağayev: Mən, yalnız o hallarala rastlaşıram ki, orada müvafiq özəl şirkətlər, kooperativlər, mənzil-tikinti kooperativləri vətəndaşların hüquqlarını kobud şəkildə pozur. Ola bilsin ki, elə şirkətlər var ki, onlar doğrudan da vətəndaşlarla qarşılıqlı razılığa gəlirlər və bu yolla öz layihələrini həyata keçirirlər. Çox güman ki, onların sayı daha artıqdır. Ancaq, o ki qaldı digərlərinə, xüsusən Bakının mərkəzində, o cümlədən Bayıl qəsəbəsində fəaliyyət göstərən bəzi şirkətlərə, mənzil-tikinti kooperativlərinə, əlbəttə burada çox ciddi qanun pozuntuları ilə rastlaşırıq. Məhkəmələr əksər hallarda, xüsusən, söhbət Səbail Rayon Məhkəməsindən, Bakı Apellyasiya Məhkəməsindən gedir. Onlar vətəndaşların hüquqlarını qorumurlar. O ki, qaldı Ali Məhkəməyə, bu məhkəmədə bu yaxınlarda çox qəribə bir mənzərə ilə rastlaşdım. Eyni anoloji dəlillər olan iki ayrı işə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının eyni tərkibi iki diametral zidd qərar qəbul etdi. Birində ərizəçilərin kassasiya şikayətini təmin etdi, digərində rədd etdi. Yəni, bu da Ali Məhkəmənin ən azı Mülki Kollegiyasındakı vəziyyətdən xəbər verir. Bu vəziyyət heç də qənaətbəxş deyil.

Amerikanın Səsi: Dövlət əhəmiyyətli layihələrlə bağlı əhalinin mülkiyyəti alındıqda məhkəmə mübahisələri yarandıqda vətəndaşların hüquqları məhkəmələr tərəfindən təmin edilirmi? Praktikanızda belə hallar olubmu?

Bakının Sovetski məhəlləsində baş verənlər dövlət ehtiyacları üçün torpaqların alınması adı altında davam etdirilir.

Fuad Ağayev: Dövlət əhəmiyyətli layihə dedikdə biz, gərək fikrimizi dəqiqləşdirək. Yəni, qanunvericilikdə belə termin yoxdur. Qanunvericilikdə dövlət ehtiyacları üçün hansısa mülkiyyət alındıqda və sair var. Bakının Sovetski məhəlləsində baş verənlər dövlət ehtiyacları üçün torpaqların alınması adı altında davam etdirilir. Amma, əslində orada heç bir dövlət ehtiyacı yoxdur. Orada yol infrastrukturundan danışılır ki, həmin yol infrastrukturu da ancaq yerli əhəmiyyətlidir. Azərbaycanın dövlət yolları haqqında qanununda dövlət əhəmiyyətli yolların siyahısı tam şəkildə sadalanır. Bu hərəkətlər ondan irəli gəlir ki, faktiki olaraq dövlət ehtiyacları adı altında vətəndaşların mülkiyyətinin ələ keçirilməsi, yenidən bölüşdürülməsi pərdələnir.

Amerikanın Səsi: Məhkəmə qərarları zərərçəkən insanları qane etmədikdə onlar daha hansı hüquqi vasitələrdən istifadə edir?

Azərbaycandakı hüquq-müdafiə vasitələri tükəndirildikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsi var.

Fuad Ağayev: Məhkəmə qərarlarının böyük hissəsi vətəndaşları qane etmir. Amma, bəzi şirkətlər, kooperativlər çox zaman məhkəmə prosesləri gedişatında, yaxud iş apellyasiya məhkəməsinə gedəndə, Ali Məhkəməyə getməmişdən qabaq vətəndaşları qane edə biləcək addımlar atırlar. Lakin sual olunur? Niyə bu addımlar vaxtında atılmır? O yerdə ki, vətəndaşları sonadək qane etmirlər, əlbəttə ki, Azərbaycandakı hüquq-müdafiə vasitələri tükəndirildikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsi var. Həmin məhkəməyə müraciətlər edilir və güman edirəm ki, yaxın müddətdə biz bir çox qərarlar haqqında eşidəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG