Accessibility links

Fuad Ağayev: Dövlət Müstəqilliyi Aktındakı bir sıra məqsədlərə çatmamışıq


Fuad Ağayev
Fuad Ağayev

Hüquqşünas Amerikanın Səsinə müsahibəsində “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”ndan danışıb

Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Hüquqşünas Fuad Ağayev “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın müəlliflərindən biridir. Onun Amerikanın Səsinə müsahibəsini təqdim edirik.

Amerikanın Səsi: Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 28 il əvvəl qəbul edilmiş “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın hədəfləri yerinə yetirilbmi?

Konstitusiya qanunu ilə Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı birmənalı müəyyən edilmişdi.


Fuad Ağayev: Bu suala cavab verməmişdən qabaq bir qədər əvvələ qayıtmaq istəyirəm. Yəni, hələ SSRİ-nin (keçmiş Sovet Sosialist Respublikalar İttifaqı-red) son dönəmində, 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti (parlament-red) tərəfindən “Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya qanunu” qəbul edilib. Yəni, fərq nədən ibarətdir? Fərq ondan ibarətdir ki, bütün digər müttəfiq respublikalarda, yəni SSRİ-yə daxil olan 14 müttəfiq respublikada əgər suverenlik haqqında bəyannamə qəbuil edilmişdirsə, yeganə dövlət, müttəfiq respublika Azərbaycan idi ki, burada qanun, özü də adi qanun yox, konstitusiya qanunu qəbul edilmişdi. Digər qanunlardan, o cümlədən konstitusiya normalarından üstün qüvvəyə malik konstitusiya qanunu qəbul edilmişdi. Həmin konstitusiya qanunu ilə Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı birmənalı müəyyən edilmişdi. Həmin konstitusiya qanununda Azərbaycan SSR ərazisində Azərbaycan qanunlarının SSRİ qanunlarından üstünlüyü birmənalı öz əksini tapmışdı. 1991-ci il Konstitusiya Aktı həmin suverenlik qanununun inkişafı oldu. Artıq bir müstəqil dövlət üçün inkişaf oldu. Əlbəttə ki, həmin akt kompromis xarakter daşıyırdı, yəni iki layihə arasında kompromis xarakter daşıyırdı. Mən o zaman da hesab edirdim ki, ehtiyac yox idi ki, yazılsın Azərbaycanda ali icra hakimiyyəti orqanı prezidentdir, ali arbitraj məhkəməsi Ali Məhkəmə və Konstitusiya Məhkəməsi tərəfindən həyata kleçirilir. Onu gələcək inkişaf göstərməli idi. Bütövlükdə əlbəttə ki, “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda göstərilən bir sıra məqsədlərə nail olmamışıq. Onu deyə bilərik. O cümlədən, Azərbaycanın ərazi bütövlüyünü 1989-cu, 1991-ci illərlə müqayisədə götürüsək, əlbəttə ki, bu prinsip əhəmiyyətli dərəcədə pozulub.

Fuad Ağayev: Dövlət Müstəqilliyi Aktındakı bir sıra məqsədlərə çatmamışıq
please wait

No media source currently available

0:00 0:05:58 0:00

Amerikanın Səsi: Siyasi, iqtisadi, demokratik azadlıqlar, həmçinin ərazi bütövlüyünün bərpası sahəsində aparılan hazırki siyasəti dövlətin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə necə müqayisə edərdiniz?

Fuad Ağayev: Azərbaycan Xalq Cümhuriyyəti çox qısa dövrdə fəaliyyət göstərib. Ona görə, mənim üçün, bir peşəkar hüquqşünas üçün müqayisə etmək daha çətindir, nəinki o dövrü tədqiq etmiş peşəkar tarixçilər üçün. İstənilən halda, o zamankı mənbələrə istinadən götürəndə hazırda problemlər ilbəil azalmaqda deyil, artmaqdadır. İstər sosial sahədə, istər siyasi hüquqlar sahəsində, istərsə də vətəndaş hüquqları sahəsində problemlər artmaqdadır. Ən azı siyasi məhbusların sayı bu fikrimizi təsbit edir.

Amerikanın Səsi: Xalqın 28 il əvvəlki mübarizə istiqamətləri ilə indiki mübarizə məqsədləri arasında hansı fərqlər yaranıb?

Fuad Ağayev: Fəqrlər çoxdur. Bəzən bu məsələyə o qədər diqqət yetirmirlər. Amma, mən bunu daim vurğulayıram. Həmin dövrdəki, - yəni biz, o zamanın gəncləri idik, - orta təhsil səviyyəsi ilə indiki təhsil səviyyəsini müqayisə etsək, onu görəcəyik ki, hazırda orta savad səviyyəsi dəfələrlə aşağıdır.Əlbəttə, kimlərinsə imkanı var və qabiliyyətləri şərait yaradır, gedirlər xaricdə təhsil alırlar. Heç də xaricə gedən hər gənc təhsil almaq üçün getmir. Bu da bizə məlumdur. Amma, istənilən halda müqayisə aparsaq bu sahədə çox böyük geriləmə var. Digər sahələri də müqayisə etsək, vəziyyət elə də qənaətbəxş deyil.

Amerikanın Səsi: Müstəqillik uğrunda mübarizlərin xatirələri layiqincə anılırmı?

Ən azı Məhəmməd Əmin Rəsulzadəyə göstərilən münasibət buna bariz misaldır.

Fuad Ağayev: Mən deməzdim, elə də layiqincə anılır. Ən azı Məhəmməd Əmin Rəsulzadəyə göstərilən münasibət buna bariz misaldır. Əlbəttə ki, dövlət universitetindən onun adının götürülməsi, onun heykəlləri ilə bağlı müxtəlif fəaliyyət, ümumiyyətlə onun yaradıcılığına dövlət hakimiyyəti orqanlarının münasibəti buna misaldır. Hesab etmirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına, sonrakı dövrlərdə Azərbaycanın müstqilliyi uğrunda mübarizə aparmış insanlara, onların şəxsiyyətinə olnam münasibət uyğun münasibətdir.

XS
SM
MD
LG