Accessibility links

Fuad Ağayev: Qanundan kənar hərəkətləri təkcə 'dovşan' sözü işlədən şəxs edib?


Fuad Ağayev: Qanundan kənar hərəkətləri təkcə 'dovşan' sözü işlədən şəxs edib?
please wait

No media source currently available

0:00 0:07:38 0:00

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində “Polis haqqında” qanunun tələblərindən və qanun tətbiqi sahəsində real durumdan danışıb.

Amerikanın səsi: Azərbaycanda "Polis haqqında" qanuna nə dərəcədə əməl edilir?

Fuad Ağayev: "Polis haqqında" qanuna əsasən əlbəttə ki, polis müxtəlif axtarış tədbirləri keçirdə bilər. Müxtəlif istintaq və digər prossesual hərəkətlər zamanı cinayət işlərinin ibtidai araşdırılması çərçivəsində cəlb oluna bilər. Əfsuslar olsun ki, ilbəil polisdən şikayətlərin sayı artır və polis tərəfindən törədilmiş qanunsuzluqlarla bağlı daha çox məlumatlarla rastlaşırıq.

Amerikanın səsi: Polisin hərəkətlərinə, fəaliyyətinə nəzarət mexanizmləri varmı?

Fuad Ağayev: Polisin hərəkətlərinə, fəaliyyətinə əlbəttə ki, nəzarət edilməlidir. Polisin fəaliyyətinə həm prokuror nəzarəti mövcuddur, həm də məhkəmə nəzarəti olmalıdır. Əfsuslar olsun ki, bu nəzarət kafi deyil. Bu nəzarət arzuolunan nəticələrin ortalığa çıxmasına hələ ki, şərait yaratmayıb.

Amerikanın səsi: Polisin fəaliyyətinə ictimai nəzarətə ehtiyac varmı?

Fuad Ağayev: Buna ehtiyac həmişə mövcud idi. Amma bu, vətəndaş cəmiyyəti strukturlarının, qeyri hökümət təşkilatlarının xeyli hissəsinin fəaliyyətinin ləğv edilməsi, dayandırılması, ona gətirib çıxardıb ki, cəzasızlıq hökm sürür. Cəzasızlıq olan yerdə məhz o hadisələr baş verdi.

Amerikanın səsi: Son hadisələrdə göründüyü kimi polisin yaşayış məhəlləsinə məhkəmə qərarı olmadan daxil olması, insanları tutulma zamanı təhqir etməsi, bunun hüquqi məsuliyyəti nədən ibarətdir?

Orada heç bir müstəntiq yox idi. Heç bir məhəkəmə qərarı olmayıb prinsip etibarı ilə. Ola da bilməzdi. O şəkildə insanları saymayaraq bunun qocası var, qadını var, uşağı var, xəstəsi var.

Fuad Ağayev: Birinci növbədə müəyyən edilməlidir ki, 200-ə yaxın mətbuatda mən belə oxumuşam, video yazılardan da belə göründü ki, ən azı bir rota, ən azı, bəlkə də batalyona yaxın Çevik Polis Alayı əməkdaşları yaşayış korpusuna yerləşdirilmişdi. Onların ora o sayda gətirilməsinə kim əmr vermişdir. Kim əmr verib. Hansı icraatın çərçivəsində əmr verib. Əgər söhbət ondan gedirdisə, kimlərsə nəsə atıblar yuxarıdan, əzici yox, təhqir ediblər hərəkətləri ilə, təhqir ediblər polis əməkdaşlarını, tutaq ki, belə olub. Bununla bağlı müvafiq inzibati xətaya dair icraat başlanmalı idi. Bundan ötrü o sayda çevik polis alayı əməkdaşlarının ora cəlb edilməsinə lüzum var idi. Kim buna əmr verib. İkincisi əgər kimsə inzibati xətaya yol veribsə, lap tutaq ki, hansısa cinayət əməli törədibsə, buna dair şübhələr varsa, nə buna lüzum var idi ki, binaya bu şəkildə soxulsunlar. Orada heç bir müstəntiq yox idi. Heç bir məhəkəmə qərarı olmayıb prinsip etibarı ilə. Ola da bilməzdi. O şəkildə insanları saymayaraq bunun qocası var, qadını var, uşağı var, xəstəsi var. Bunların heç birinin mənafeyinə əhəmiyyət verməyərək yarı çılpaq halda insanları sürüyə-sürüyə aparıblar, fakitiki təhqir etdiblər, onlarla qeyri-insani rəftara yol verilib. Buna nə lüzum var idi. Buna dair əmri kim vermişdi. Bu məsələ araşdırılmalıdır. İndi də deyirlər, hansısa polis nəfəri `dövşan` sözü işlətməyinə görə vəzifədən çıxarılıb. Birinci o polis nəfərinin adı niyə çəkilmir. Niyə yazılmır. Ona görə yazılmır ki, bu məlumat fake olsun? Əgər doğrudan da çıxarılıbsa adı çəkilsin və müvafiq əmrdə nə göstərilib, o yazılsın. Qoyulsun ortalığa. İkincisi orada məgər qanundan kənar hərəkətləri təkcə o `dövşan` sözü işlədən şəxs etmişdir? Mən bir şeyi deyim ki, oradakı insanların, ÇPA əməkdaşlarının əksəriyyəti görünürdü ki, könülsüz iştirak edirlər. İstər istəməz bu büruzə verirdi. Amma bir neçəsi var idi orada, xüsusi amasızlıqları ilə fərqlənirdilər. Bir tərəfdən, yəni hansısa ciddi olmayan, əslində cinayət xarakteri daşımıyan şəxslər, vətəndaşlar, digər tərəfdən ÇPA-nın yüksək fiziki hazırlıqlı idmançılardan təşkil olunmuş əməkdaşlar. 6-7 adam, bəlkə də daha çox bir mənzilə soxulub sürüməklə siz nə qazanırsınız? Camaatın gözünün odunu almaq istəyirsiniz? Bununla siz əks reaksiyaya gətirib çıxarırsınız. Faktiki olaraq insanlar nifrət eləməyə başlayıblar. Əminəm ki, ÇPA-nin əksər əməkdaşları bir neçə nəfərin hərəkətlərinə görə özləri utanırlar.

Amerikanın Səsi: Konkret olaraq hansı addımlar atılmalıdır?

Belə olan təqdirdə o sayda ÇPA əməkdaşlarını ora kim göndərib, kim buna dair əmr verimişdir.

Fuad Ağayev: Bu hadisələrə görə Baş Prokuror konkret olaraq addımlar atmalıdır. İndi onun buna iradəsi çatacaq-çatmayacaq, bu, böyük sualdır. Həmin addımları o atmalıdır. Əlbəttə ki, dövlət başçısından, Prezident Administriasiyasından ona elə göstəriş gəlsə atmalı olacaq. Amma əslinə qalsa bunu gözləməməli idi, hansısa göstəriş ona gələcək. O özü bu araşdırmanı aparmağa göstəriş verməlidir. Kim əmr verib o sayda Çevik Polis Alayının əməkdaşlarına, əməliyyatçı adlandırmaq çətindir. Hansısa inzibati xətalarla bağlı araşdırmalar bir qayda olaraq aparmırlar. Belə olan təqdirdə o sayda ÇPA əməkdaşlarını ora kim göndərib, kim buna dair əmr verimişdir və insanları o şəkildə kobudcasına, qeyri insani şəkildə, amansızcasına sürüyə-sürüyə aparmağa, yarı çılpaq halda aparmağa kim göstəriş verib? Bu məsələlər araşdırılmalıdır. Fikirləşirəm ki, müvafiq araşdırma olsa artıq müvafiq məsuliyyət söhbəti də ortalığa çıxacaq.

XS
SM
MD
LG