Accessibility links

Fuad Ağayev: Tamamilə yeni bir Konstitusiya layihəsi hazırlanmalıdır


Fuad Ağayev :Tamamilə yeni bir Konstitusiya layihəsi hazırlanmalıdır
please wait

No media source currently available

0:00 0:07:08 0:00

Hüquqşünas, vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Konstitusiyasının azadlıqlara hüquqi təminat verməsindən, əsas qanuna edilən dəyişikliklərin mənfi və müsbət tərəfləri, eləcə də Konstitusiya qanunvericiliyinin gələcək perspektevlərindən danışıb.

Amerikanın səsi : 1995-ci il noyabrın 12-də Azərbaycanın Konstitusiyası qəbul olunub. Artıq Azərbaycanda 23 ildir ki, Konstitusiya günü kimi qeyd edilir. Ümumiyyətlə Konstitusiya azadlıqlara təminat verirmi?

Fuad Ağayev: Bilirsiniz əgər biz, Konstitusiyanı ayrıca bir normativ hüquqi akt kimi , qanunvericilik aktı kimi, əsas qanun kimi qəbul ediriksə kağızda, bəli o təminat verir. Çatışmazlıqlara baxmayaraq təminat verir. Amma reallıqda vəziyyət başqadır. Çünki, Konstitusiyanın bir sra müddəaları o cümlədəninsan hüquqları və azadlıqlarının müdafiəsi ilə bağlı bir sıra müddəaları addım başı inzibati, dövlət orqanları tərəfindən, məhkəmələr tərəfindən pozulur. Bilirsiniz pozuntu var, hansısa qanunların düzgün təfsir edilməməsindən irəli gəlir. Bir də var aşkar, bilərəkdən edilmiş pozuntu. Əfsuslar olsun ki, sonuncu pozuntuların sayı son 15 ildə kəskin şəkildə artmışdır.

Amerikanın səsi : 23 il ərzində Konstitusiyaya üç dəfə dəyişiklik edilib, bu dəyişikliklər dövlət quruluşunun mahiyyətini necə dəyişdirdi ?

Əfsuslar olsun ki, Konstitusiyaya edilmiş dəyişikliklər bir qayda olaraq onun daha da mürtəciləşdirilməsi məqsədi daşıyıb.

Fuad Ağayev: Əfsuslar olsun ki, Konstitusiyaya edilmiş dəyişikliklər bir qayda olaraq onun daha da mürtəciləşdirilməsi məqsədi daşıyıb. Lap sonuncu qrup dəyişiklikləri götürsək dövlət başçısının səlahiyyət müddətinin 7 ilə dək uzadılması, ali dövlət vəzifələri tutan şəxslər üçün , o cümlədən deputatlar üçün , vitse -prezidentlər , baş nazir üçün nəzərdə tutulmuş senzlər, həmçinin yaş senzinin aradan qaldırılması əlbəttə ki, bu dünya təcrübəsinə, mütərəqqi ənənələrə uyğun bir şeylər deyildir. Sözsüz ki, bunun fəsadlarını biz artıq görürük. Və onu da nəzərə alsaq ki, Azərbaycanda bu dəyişikliklərin qəbul edilməsi referendumlar vasitəsilə həyata keçirilir. Bu referendumlar nə dərəcədə şəffaf və ədalətli qaydada keçirilir ? Əlbəttə ki, bir daha sözlərimizi bir daha təsdiq etmiş olar.

Amerikanın səsi : Ekspertlərin fikrincə, Konstitusiyada yazılan hüquqlar yalnız kağız üzərində qaldı? Bu fikirlərlə razısınızmı? Niyə və səbəblər.

Fuad Ağayev: Kağız üzərində baxır nə qaldı. Yəni ilk qrup dəyişiklərdən biri o idi ki, Azərbaycanda qanunvericilik orqanı yəni Milli Məclis əgər əvvəllər qarışıq şəkildə seçilirdisə, yəni heç olmasa deputatların az hissəsi olsa da, həmin az hissə belə deyək çoxmandatlı vahid Azərbaycan dairəsi üzrə seçilirdi. Partiya siyahılar üzrə gedirdi. Proporsional qaydada gedirdi həmin seçkilər. Digər hissəsi mojaritar qaydada gedirdisə, indi əfsuslar olsun ki, bu proporsional seçki sistemi Azərbaycanda ümumiyyətlə kənara atılmışdı. Yəni bu ilk qrup dəyişikliklərdən idi. Bu kağız üzərində qalmayıb. Yəni baxsanız Azərbaycanda Milli Məclisə seçkilər yalnız mojaritar qaydada həyata keçirilir, daha doğrusu keçirilməlidir. O seçkilər də hansı yolla öz nəticələrini qoyur o da bəlli məsələdir. Amma o ki qaldı bir sıra hüquqlara o cümlədən seçki hüquqlarına, insanların hüquq bərabərliyinə, ədalətli məhkəmə araşdırmasına və digər bir sıra hüquqlara onlar çox kobud şəkildə pozulur. Yəni mən bayaq deyirdim əvvəllər hansısa pozuntular çox zaman məhz qanunun başqa cür yəni onun mahiyyətinə, dilinə, üslubuna, hərfinə zidd şəkildə təfsir olunmaqla pozulurdusa, indi bu pozuntular aşkar pozuntulardı.

Amerikanın səsi : Bəs siz çıxış yolunu nədə görürsünüz ?

İnanmaq istərdim ki, iqtidar da bu sahədə konstruktiv əməkdaşlıq etmək istəyər.

Fuad Ağayev: Azərbaycanın dövlət müstəqilliyi haqqında qəbul etdiyi bəyannamə 1991 ci ilin avqustunda qəbul olunmuşdu Milli Məclisdə. Sonra həmin ilin oktyabrında Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. O zamandan 27 ildən də artıq vaxt ötmüşdür. Bu müddətdə kifayət qədər təcrübə toplanmışdır. O təcrübənin əhəmiyyətli bir hissəsi mənfi səciyyəlidir.

Hesab edirəm ki, Azərbaycanın o təcrübəsini nəzərə alaraq qanunvericilik tətbiqi və təcrübəsini nəzərə alaraq mütərəqqi ənənələrini nəzərə alaraq tamamilə yeni bir Konstitusiya layihəsi hazırlanmalıdır. Bu işə öz töhvəmizi verməyə hazırıq. İnanmaq istərdim ki, iqtidar da bu sahədə konstruktiv əməkdaşlıq etmək istəyər. İnanmaq istərdim. Amma çox çətindir.

XS
SM
MD
LG