Accessibility links

Fuad Cəfərli: Anam jurnalist fəaliyyətinə görə həbsdədir və aclıq edir


bakupress.az saytının rəhbəri Şəfəq Ağacan
bakupress.az saytının rəhbəri Şəfəq Ağacan

Penitensiar Xidmət Şəfəq Ağacanın aclıq etməsini təsdiq etmir

Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən (Cinayət Məcəlləsinin 234.2 maddəsi) “Bakupress” saytının rəhbəri Şəfəq Ağacan saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında sentyabrın 27-dən aclıq edir. Bu barədə Amerikanın Səsinə müsahibəsində jurnalistin oğlu Fuad Cəfərli bildirib.

Şəfəq Ağacan barəsində aparılan istintaq prosesinə və məhkəmə qərarlarına etiraz edir.

Fuad Cəfərli: Anam jurnalist fəaliyyətinə görə həbsdədir və aclıq edir
please wait

No media source currently available

0:00 0:01:42 0:00

“Bakupress” saytının rəhbəri bu il mayın 1-də saxlanılıb. Mayın 3-də Bakının Xətai Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmə iyulda həbs qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.

Jurnalist ittihamı qəbul etmir və sifarişli hesab edir. O həbsinin psixotrop tərkibli dərmanların qanunsuz satışını təşkil edən narkotacirlər haqqında məqalələri ilə bağlı olduğunu bildirib. Şəfəq Ağacan bir neçə dəfə yerli apteklərdə psixotrop tərkibli dərmanların qanunsuz satışı ilə bağlı məqalələr nəşr edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, jurnalistin aclıq etməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

“Şəfəq Ağacan su və qida qəbul edir,” İctimaiyyətlə Əlaqələr Mərkəzinin əməkdaşı qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG