Accessibility links

Fuad Qəhrəmanlı: Bakı şəhər Baş Polis İdarəsinin xəbərdarlığı tamamilə əsassızdır


Fuad Qəhrəmanlı

AXCP sədrinin müavininə Bakı şəhər Baş Polis İdarəsi xəbərdarlıq edib

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlıya mayın 16-da Bakı şəhər Baş Polis İdarəsi tərəfindən şifahi xəbərdarlıq edilib.

Fuad Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, Bakı şəhər Baş Polis İdarəsində İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurlan Məmmədxanlı tərəfindən qəbul olunub.

“Görüşdə idarənin digər əməkdaşları da iştirak edirdi. Bildirdilər ki, çağırılmağımın səbəbi çıxışlarımda, yazılarımda ölkədə sabitliyə xələl gətirən fikirlər işlətməyim olub. Fəaliyyətimi bu cür davam etdirsəm, onların ifadəsi ilə desək, ölkədə sabitlik üçün təhlükə yaradır, qarşıdurma mühitnin yaranmasına xidmət edir. Onlar bildirdi ki, mən bu fikirlərimdən daşınmalıyam. Fikirlərimdən daşınmadığım tədbirdə qanuni tədbir görülməsi məsələsi gündəmə gələ bilər. Mənə xəbərdarlıq edildi ki, çıxışlarım, onların təbirincə desək, dövlətçiliyə, ictimai təhlükəsizliyə təhlükə yaradır,” o qeyd edib.

AXCP sədrinin müavini, keçmiş siyasi məhbus Fuad Qəhrəmanlı Bakı Baş Polis İdarəsinə çağırılıb
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Qəhrəmanlı hesab edir ki, xəbərdarlıq tamamilə əsassızdır.

“Mənim istər televiziya çıxışlarımda, istərsə də facebook-dakı yazılarımda qanuna zidd, ölkədə konfrantasiyaya, radikal qarşıdurmaya sürükləyən hər hansı çalarlar yoxdur. Bizim əsas mövqeyimiz, tələbimiz ondan ibarət olub ki, sərbəst toplaşmaq azadlığına imkan yaradılmalıdır. İnsanlar sərbəst şəkildə öz düşündüklərini, fikirlərini ifadə etməlidir. Hakimiyyət sərbəst toplaşmaq azadlığına qadağanı davam etdirsə, insan hüquqlarının pozulması bu çür davam etsə cəmiyyətdə sosial partlayışlara, təlatümlərə gətirib çıxara bilər. Biz hakimiytyəti bu cür xəbərdar etməyə çalışmışıq ki, indiki siyasət dövlətçiliyimiz, cəmiyyətimiz üçün təhlükəli perspektivlər vəd edir. Bu siyasətdən daşınmaq lazımıdır. Bizim mövqeyimiz necədirsə, bundan sonra da o şəkildə ifadə olunacaq. Çünki, tərəfimizdən hər hansı qanuna zidd mövqelər, münasibətlər ifadə olunmayıb,” o qeyd edib.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirdikdən sonra Fuad Qəhrəmanlı hadisələrlə bağlı “Facebook” səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunub. O 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il həbsə məhkum edilib. AXCP sədrinin müavibni Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

Qəhrəmanlı prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG