Accessibility links

Fuad Qəhrəmanlı: Mənim və digər cəbhəçilərin həbsi repressiyaların tərkib hissəsidir


AXCP fəalı Fuad Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı Fuad Qəhrəmanlının apellyasiya şikayətini təmin etməyib, 30 sutkalıq inzibati həbs qərarını qüvvədə saxlayıb.

Bu barədə noyabrın 7-də hakim Namiq Məmmədov qərar çıxarıb.

Qərardan əvvəl Fuad Qəhrəmanlı bildirib ki, Nəsimi rayon Məhkəməsindən obyektiv araşdırma üçün saxlanıldığı ərazidəki kamera görüntülərinə baxılmasını, telefonla danışıb-danışmadığını öyrənməkdən ötrü mobil operatora sorğu göndərilməsini istəyib. Amma hakim bu vəsatətləri təmin etməyib.

"Bütün bunlar ölkədəki siyasi repressiyaların göstəricisidir. Mənim və digər cəbhəçilərin həbsi repressiyaların tərkib hissəsidir. Bu, həm insanların mitinqdə iştirakının qarşısını almaq, həm də gözlərini qorxutmaq məqsədi daşıyır. Amma yanılırlar. Bizləri həbs eləməklə artan narazılığın qarşısını almaq mümkün olmayacaq," Fuad Qəhrəmanlı deyib.

AXCP fəalı məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət edəcəyini deyib.

Fuad Qəhrəmanlı oktyabrın 31-də saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası kəsilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə - küçədə telefonda danışarkən yüksək səslə söyüş söyməkdə, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının tələbinə əhəmiyyət verməməkdə günahlandırılıb.

Milli Şura rəhbərliyi bəyan edib ki, onlar zorakılığın, iğtişaşların əleyihinədirlər, dinc şəkildə konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığından istifadə etmək niyyətindədirlər.

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Polis Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayan aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi həmin aksiyada 60 nəfərin saxlandığını, onlardan 18 nəfərinin işinin məhkəməyə göndərildiyini bildirib. Milli Şura isə yüzlərlə fəalın saxlanıldığını, onlardan otuzudan çoxunun inzibati qaydada həbsə məhkum edildiyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG