Accessibility links

Fukuşima Atom-Elektrik Stansiyasının bir işçisi vəfat edib


Fukuşima Atom-Elektrik Stansiyasının bir işçisi vəfat edib
Fukuşima Atom-Elektrik Stansiyasının bir işçisi vəfat edib

Yaponiyanın fəlakətə məruz qalan Fukuşima Atom-Elektrik Stansiyasının bir işçisi vəfat edib. Adı açıqlanmayan şəxsin 60 yaşlarında olduğu və iş yerində huşunu itirdikdən sonra xəstəxanaya aparıldığı bildirilir. Onun zəhərli suların təmizlənməsi üçün avadanlıq daşıdığı vaxt halının dəyişdiyi deyilir. Tokionun Elektrik Enerjisi Şirkəti həmin şəxsin radiasiya ilə zəhərlənmədiyini bəyan edib.İşçinin ölümünə nəyin səbəb olduu araşdırılır. Martın 11-i zəlzələsi və sunamisindən sonra qəza baş verən Fukuşima Atom-Elektrik Stansiyasının soyuducu sisitemi sıradan çıxıb. Yüksək radiasiya səviyyəsi su, torpaq və kənd təsərrüfatı sahələrini təsirinə məruz qoyub.

XS
SM
MD
LG