Accessibility links

Fukuşima nüvə hadisəsində potensial radiasiya sızması barədə materiallar açıqlanacaq


Fukuşima nüvə hadisəsində potensial radiasiya sızması barədə materiallar açıqlanacaq
Fukuşima nüvə hadisəsində potensial radiasiya sızması barədə materiallar açıqlanacaq

Qoşi Hosono dünən bildirib ki, hökumət kompyuter sistemi vasitəsilə radiasiya yayımının 5000 müxtəlif ölçülərini götürüb

Yapon rəsmiləri kütləvi vahiməyə səbəb olan Fukuşima nüvə hadisəsində potensial radiasiya sızması barədə materialları açıqlamağa başlayacaqlarını bildiriblər.Milli NHK telekanalı materialların bu gün Elmi Nazirlik və nüvə tənzimləyici agentliklərinin internet səhifəsində çıxacağını yayımlayıb.

Fukuşima nüvə stansiyasında böhranla mübarizə aparan tapşırıq qrupunun rəhbəri Qoşi Hosono dünən bildirib ki, hökumət kompyuter sistemi vasitəsilə radiasiya yayımının 5000 müxtəlif ölçülərini götürüb. Lakin ən pis ssenarilərin ictimaiyyət arasında panika doğuracağı qorxusundan bu məlumat indiyədək açıqlanmayıb. Hosono yubanmaya görə üzr istəyib.

XS
SM
MD
LG