Accessibility links

ABŞ səfirliyi The Fulbright Program-ı üzrə müsabiqə elan edib


Fulbrayt Tələbə Proqramı

ABŞ-ın Azərbaycandakı səfirliyi The Fulbright Program Elmi-Tədqiqat Səfər Proqramı üzrə 2017-2018-ci tədris ili üçün müsabiqə elan edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirlir.

Məlumatda deyilir ki, müsabiqədə iştirak etmək istəyənlər ərizələrini bu il dekabrın 1-dən gec olmayaraq təqdim edilməlidir.

Proqramda iştirak etmək üçün uyğunluq tələblər və qaydalar haqqında daha ətraflı məlumat üçün səfirliyin web səhifəsinə daxil olun: https://azerbaijan.usembassy.gov/…/fulbright-visiting-schol…

ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən “Fulbrayt” Elmi-Tədqiqat Səfər Proqramı Birləşmiş Ştatlarda doktorantura sonrası tədqiqat aparmaq, mühazirələr oxumaq və yaxud birgə mühazirə-tədqiqat aparmaq istəyən müxtəlif elmi dərəcəli tədqiqatçılar, təhsil müəssisələrindən ekspertlər və universitet mühazirəçiləri üçün nəzərdə tutulmuş qeyri-dərəcə, doktorantura sonrası təqaüd proqramıdır.

Təqdim olunan mühazirə-tədqiqat layihəsinin müddəti 6 aydan çox olmamalıdır. Namizədlər fəlsəfə doktoru dərəcəsinə malik tədqiqatçılar və ya ali məktəb mühazirəçiləri olmaqla yanaşı, ingilis dilini də mükəmməl bilməlidirlər.

Proqramda iştirak etməyə maraqlı olan və yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər aşağıda verilmiş link vasitəsilə onlayn ərizələrini təqdim etməlidirlər:
https://apply.embark.com/student/fulbright/scholars

XS
SM
MD
LG