Accessibility links

Futbol üzrə Avropa Çempionatı başlayır


Avro 2020 Çempionatının ilk oyunu bir illik gecikmədən sonra Romanın Stadio Olimpico stadionunda başlayır. Oyunda İtaliya və Türkiyə qarşı-qarşıya gəlir.

Cümə günü keçiriləcək açılış matçı Asiya ölkələrindən sonra pandemiyanın ilk yayıldığı və sərt məhdudiyyətlər tətbiq edən ilk ölkə olan İtaliyada baş tutması diqqət çəkir.

Avro 2020 keçən ilin mart ayında 127 min italiyalı da daxil olmaqla Avropada 1 milyon insanın ölümünə səbəb olan pandemiyanın qarşısını almaq məqsədi ilə təxirə salınmışdı.

Turnirin təşkilatçıları, Avropa Futbol Assosiasiyaları Birliyi görülən bir çox təhlükəsizlik tədbirlərinin Avropadakı stadionlara on minlərlə azarkeşin toplanmasının təhlükə yaradacağına dair naratlıqları azaldacağına ümid edir.

Tədbirlərə izdiham məhdudiyyətləri, azarkeşlərin gəliş vaxtları, sosial məsafə, eləcə də dezinfeksiya vasitələri daxildir.

Romadakı oyuna qatılacaq azarkeşlərdən peyvənd olunduqlarına dair sənəd və 48 saat əvvəl verilmiş mənfi test nəticələri tələb olunur.

UEFA Avro 2020 çempionatını 11 iyul tarixinə qədər keçirməyi planlaşdırır.

İlk dəfədir ki, oyunlar bütün avropa boyu - Roma, London, Sankt-Peterburq, Bakı, Münix, Amsterdam, Buxarest, Budapeşt, Kopenhaqen, Qlazqov və Sevilya kimi şəhərlərdə keçiriləcək.

Şərhlərə bax

XS
SM
MD
LG