Accessibility links

DİN azerkeşlərə təxribat xarakterli çağırışlara və hərəkətlərə uymamağı tövsiyə edib


Azərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları

Oktyabrın 15-də futbol üzrə 2014-cü il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan və Rusiya yığması arasında oyun keçiriləcək

Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 15-də futbol üzrə 2014-cü il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan və Rusiya yığması ilə keçiriləcək oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun verdiyi məlumata görə,
açıqlamasında bu gün “Bayıl Arena”da keçiriləcək Azərbaycan-Rusiya futbol matçında azarkeşlərə qayda-qanunlara ciddi riayət etməyi, qanunların aliliyinə hörmətlə yanaşmağı, kənardan ola biləcək hər hansı təxribat xarakterli çağırışlara və hərəkətlərə uymamağı tövsiyə edib.

E.Zahidov əmin edib ki, oyunda Azərbaycan və Rusiya komandalarının azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq və baş verə biləcək təxribatın qarşısı qətiyyətlə alınacaq.

Ötən bazar günü Moskva şəhər sakini Yeqor Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir.

Rusiya mətbuatının yazdığına görə Orxan Zeynalov artıq saxlanılıb. Rusiya polisi Orxan Zeynalovu Moskva ətrafındakı Kolomna yaşayış məntəqəsində həbs edib.
XS
SM
MD
LG