Accessibility links

Futuristik əyləncə evi ənənəvi oyunları yüksək texnologiya möcüzələrinə çevirir


Futuristik əyləncə evi ənənəvi oyunları yüksək texnologiya möcüzələrinə çevirir
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Karnavallar zamanı keçirilən ənənəvi oyunları təsəvvür edin... Two Bit Circus adlı məkandakı oyunlar demək olar ki eyni təəsürat yaradır.

Kelli Bental, Two Bit Circus ziyarətçisi: “Düşünürəm ki, bura arkada oyun məkanı anlayışını tamam yeni bir müstəviyə qaldırıb. Burada bir-iki oyunda nəfəsim kəsilirdi və hətta tərlədim.”

Oyunların kamera və sensorlar kimi texnologiya ilə vəhdəti ziyarətçilərə oyunlarla bağlı yeni yanaşmanı nümayiş etdirmək məqsədi güdür.

Qaçış otaqlarında ziyarətçilər qrup sərgüzəştlərin bir parçası ola bilərlər. Məsələn, digər planetdən gələnlərə atəş açaraq, qayıqla çayda hərəkət etmək, ya da ki, fəza gəmisini idarə etmək kimi.

Hətta su sifarişi belə, bu robot bartender ilə, “high tech” əyləncəsidir.

Con Dankan, Two Bit Circus ziyarətçisi:“İlk dəfədir ki, mənə içkini robot süzür. Həqiqətən çox əla idi. O hətta içkini silkələdi belə.”

Two Bit Circus ən son innovativ oyunları təqdim edir. Oyunların əksəriyyəti məhz burada hazırlanıb.

Erik Qradman, Two Bit Circus-un təsisçisi: “Biz hal-hazırda Two Bit Circus emalatxanasındayıq, divarın o biri tərəfində Two Bit Circus parkı yerləşir. Bu o deməkdir ki, biz səhər məhsulu burada hazırlayıb, axşam isə parkda sınaqdan keçirə bilərik. Bizim çox yaradıcı insanlardan ibarət komandamız var və onlar yeni əyləncə növləri ilə hər zaman eksperiment edirlər. Ən yaxşı xüsusiyyət isə məhsul hazır olan kimi insanların onu sınaqdan keçirməsidir. ”

Həmtəsisçi Erik Qradman əvvəllər ordu üçün robotlar və özü idarə olunan maşınlar kimi prototiplər hazırlayırdı. O həm də sirkdə çalışıb.

Erik Qradman, Two Bit Circus-un təsisçisi: “Ölkə üzrə turlara çıxırdım. Minlərlə insanın önündə ağlasığmaz şeylər edirdim. Bura, iki işə olan sevgimi birləşdirmək üçün əla yerdir - məhsul hazırlamaq və çıxış etmək.”

Digər həmtəsisçi Brent Buşnel mühəndislik təcrübəsi olan ixtisaslı kloundur. O həm də Atari video oyunlarının yaradıcısı Nolan Buşnelin oğludur.

Brent Buşnel, Two Bit Circus-un təsisçisi: “Atam bura köçmək istəyir. Buranı çox sevir. Gələndə həmişə yeni ideyaları olur. Nəyi dəyişmək lazım olduğunu, nəyi necə edə biləcəyimizi deyir. Buraya heyrandır.”

Los Ancelesdə yerləşən bu kiçik əyləncə parkının alış-veriş dükanı ölçüsündə olmasının səbəbi var. Qonşuluqda olan dükanların onlayn satışlara rəqabətdə uduzması nəticəsində bağlandığı bir zaman, Two Bit Circus boşalan yerlərdə yeni parklar açamağa ümid edir.

Brent Buşnel, Two Bit Circus-un təsisçisi: “Biz bu parkı əsl yerində açdıq. Məncə miqyası əsas bu meyar müəyyən edir. Bu format ölkə üzrə yüzlərlə şəhərlərdə mövcuddur. Ona görə də biz təkrarlayıb, sınaqdan keçirib, optimallaşdıra bilərik. Daha sonra isə eyni yanaşmanın ölkə üzrə tətbiq edə bilərik.”

Əlavə edirlər ki, ölkə üzrə parklarını açdıqdan sonra, bir gün də dünyanın digər ölkələrinə də gedə bilərlər.

XS
SM
MD
LG