Accessibility links

Gömrükçülər yarım kilo qızıl sikkə götürüb


Qızıl sikkələr
Qızıl sikkələr

"Xanoba" sərhəd məntəqəsindən Rusiyadan Azərbaycana daxil olan Azərbaycan vətəndaşı ölkəyə 20-ci əsrin əvvəllərinə aid onlarla qızıl rus sikkəsi gətirməyə çalışıb.

Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçədən 1899, 1900, 1901 və 1902-ci illərə aid olan 54 ədəd, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib.

Faktla bağlı yoxlama aparılır.

Amma məlumatda bu yükün qanunsuz olub-olmadığı açıqlanmır. Hadisənin nə vaxt baş verdiyi və bu şəxsin adı da açıqlanmır.

XS
SM
MD
LG