Accessibility links

Gömrükdə iki vəzifəli şəxs həbs edilib


Həbs
Həbs

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) iki vəzifəli əməkdaşı həbs olunub.

Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində “Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manat olmaqla 18 min manat, “Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manat olmaqlai 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Abdullayev və Rzayevə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma-külli miqdarda yörədildikdə) ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.
Səfər Mehdiyev, Dövlət Gömrük Komitəsinin sədri

Bununla yanaşı “Camex” daşıma şirkəti vasitəsi ilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycanın gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə məlumat əsasında 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış 23 min manat dəyərində elektron qurğular aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi tərəfindən yüklərin saxta sənədlərdən istifadə edilərək aldatma yolu ilə, gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gönədərilib.

Müşahidəçilər hesab edir ki, Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edildikdən sonra bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Komitənin müxtəlif strukurlarında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər həbs edilib.

Səfər Mehdiyev
Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, 2018-ci ildə gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.

“Gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb,” o qeyd edib.

Gömrük orqanlarında qanunvericiliyin pozulması hallarına mübarizə gücləndikdən sonra 2018-c ildə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG