Accessibility links

Görmə məhdudiyyətli paralimpiyaçı Böyük Kanyondan keçmək arzusunu gerçəkləşdirə bildi


Görmə məhdudiyyətli paralimpiyaçı Böyük Kanyondan keçmək arzusunu gerçəkləşdirə bildi
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Görmə məhdudiyyətli paralimpiyaçı Böyük Kanyondan keçmək arzusunu gerçəkləşdirə bildi

Görmə məhdudiyyətli paralimpiyaçı velosipedçi Şaun Çeşayr bu yaxınlarda Böyük Kanyonun bir tərəfindən digər tərfinə keçərək, qarşısında ən böyük çətinliyi aşa bildi.

68 kilometrlik uçurumlu və kələkötür ərazinin gecə də daxil olmaqla bir tərəfindən digər tərəfinə keçmək bir sutkadan bir qədər artıq vaxt aldı.

Paralimpiyaçı Şaun Çeşayr: “Bəzən, xüsusən də son illərdə mümkün qədər müstəqil olmaq mənim ən böyük məqsədim olub. Mənim üçün Böyük Kanyonda gəzmək bu cür müstəqillik, azadlıqdır.”

9 il əvvəl qəzada görmə qabiliyyətini itirmiş Şaun Çeşayr Rio Paralimpiya oyunlarında velosiped yarışlarında iştrak edib. O, 2020-ci ildə Tokio Paralimpiya oyunlarında iştirak etmək üçün məşqlər edir.

Hal- hazırda o bu çətin yürüşü başa çatdırmaq niyyətindədir.

Paralimpiyaçı Şaun Çeşayr: “İnana bilmirəm ki, biz bunu edə bildik, emosiyaları sözlə ifadə etmək olmur, sadəcə çox minnətdaram. Böyük məmnunluq və minnnətdarıəq hissi keçirirəm.”

Üç dost ona bu yürüşü bitirməyə kömək edib. Dostları ona bələdçilik edib, maneələr barədə xəbərdarlıq ediblər. O, görmə məhdudiyyəti olan yürüşçü kimi Böyük Kanyon rekordunu qırıb.

Bələdçi Sara Şultinq-Krants: “Biz bunu bacardıq, şimal uçurumu, onun aşağı hissəsi və ümumiyyətlə o ərazini tamamilə keçdik. Mən həqiqətən keçdiyimiz hər cığırı, bu yerləri heç vaxt bu qədər tez keçməmişəm.”

Bu, komanda işi idi.

Bələdçi Skot Dram: “Mən özüm haqda bir çox şeyi öyrəndim, kanyon haqda çox şey öyrəndim.”

Şaun Çeşayr üçün bu, onu daha böyük uğurlara aparan yolda onun növbəti uğuru idi.

XS
SM
MD
LG