Bu cihazı görmə qabiliyyətindən məhrum olanlar üçün “Kindle” kimi təsvir edirlər.
Britaniya şirkəti tərəfindən hazırlanan Canute adlı cihaz dünyada ilk çox xəttli Brayl əlifbasını oxuyan elektron oxuyucudur.
Eyni anda Brayl əlifbası ilə yazılmış doqquz sətrin oxunmasına imkan verən bu innovasiya görmə qabiliyyətindən məhrum olanlara böyük fayda verəcək.
Stefani Sercent: “Bu o deməkdir ki, sən hər 20 işarədən sonra yox, hər 360 işarədən sonra irəli düyməsini basırsan. Bu səhifənin üçdə biri qədərdir.”
Hələlik Canute Kindle qədər kompakt deyil və elektriklə çalışır. Amma şirkət yeni modellərini batareyalarla çalışmasını planlaşdırır.
Bütün bunlara baxmayaraq, cihaz Brayl əlifbasında böyük sayda mətnləri saxlamaq iqtidarındadır.
Müqayisə üçün, İncil kitabının Brayl əlifbası ilə yazılan bir nüsxəsi bir metr yarım hündürlükdə olur.
Cihazın küncündə olan düymələr əlfəcin rolunu oynayır və əsas səhifəyə qayıtmağa imkan verir.
Beş il istehsalat prosesində olan cihaz keyfiyyətli laptop qiymətinədir.
Son illər Brayl əlifbasını oxuya bilənlərin sayının azalmasını audio texnologiyanın inkişafı ilə izah edirlər.
Amma Bristo Braille Technology şirkəti məhsulları ilə bu tendensiyanı dəyişmək niyyətindədirlər.