Accessibility links

Güclü külək Şəki şəhərində çinarın budağını qırıb, 19 nəfər xəsarət alıb


Şəkidə Xan Çinarı

İyulun 14-də güclü külək Şəki şəhərində (Bakıdan 530 kilometr şimal-qərb) Xan Sarayının qarşısında 500-dək yaşı olan çinar ağacının budağını qoparıb. Nəticədə 19 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı xarici turistlər də var.

Şəki Xan Sarayı
Şəki Xan Sarayı

Tarixi məkan olan Şəki Xan Sarayı bir həftə əvvəl YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu tarixi abidənin yerləşdiyi əraziyə hər zaman çoxsaylı insanlar səyahət edir. Bazar günləri isə burada daha sıxlıq olur.

Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alan 19 nəfər xəstəxanaya müraciət edib. Müraciət edən şəxslərtdən iki nəfəri xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi isə hazırda davam etdirilir.

Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gedib.

Sarayın həyətindəki Xan Çinarı 1530-cu ildə əkilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ​​Ukrayna və Rusiya bir-birini Kaxovka bəndini partlatmaqda ittiham edir
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG