Accessibility links

Güclü külək nəticəsində 11 nəfər xəsarət alıb


Bakıda güclü külək olub
Bakıda güclü külək olub

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.

Noyabrın 11-də ölkə ərazisində güclü külək əsib, yağıntı olub. Küləyin sürəti Bakıda və Abşeron yarımadasında 38 metr/saniyəyədək yüksəlib. Xəzər dənizində dalğanın hündürlüyü 5.4 metrə çatıb.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, Bakıda küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Təhsil İdarəsinin məlumatına görə, hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi məktəblərinin dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Ağacların aşması nəticəsində bir neçə avtomobil əzilib. Hətta Bakı şəhərində külək yük avtomobilini aşırıb. Külək Milli Məclisin fasadındakı lövhələri atıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumatına görə, qeyri-sabit hava şəriti noyabrın 12-dək davam edəcək.

Noyabrın 12-si gündüz, 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

XS
SM
MD
LG