Accessibility links

Güclü yanğınlar Avropanın yanğınsöndürmə metodunu diqqət mərkəzində saxlayır


Yunanıstanda yanğınlar

Meşə yanğınları Aralıq dənizi bölgəsini bürüdükcə, Birləşmiş Millətlər Təşkilatının rəsmiləri və təbii fəlakətlər üzrə ekspertlər yeni meqa-yanğınların öhdəsindən gəlmək üçün təcili olaraq yanğınsöndürmə işlərinin yenidən qurulmasına çağırıb.

Əlcəzair, Yunanıstan, İtaliya və Türkiyəni bürüyən yanğınlar nəticəsində 80-ə yaxın insanın ölümü və minlərlə insanın evlərini tərk etməyə məcbur olması İqlim Dəyişikliyi üzrə Hökumətlərarası komissiyanın (IPCC) əsrin ortalarına qədər "yanğınlı hava şəraiti" ilə bağlı proqnozlarını vurğulayır.

BMT-nin Fəlakət Risklərinin Azaldılması Ofisinin Avropa bürosunun rəhbərinin müavini Sebastien Penzini yeni iqlim dövründə meqa yanğınların bir neçə dəqiqə ərzində alovlana biləcəyini söyləyib.

"Meşə yanğınlarının günişlənməsi kimi xüsusiyyəti bizi paradiqmamızı həqiqətən dəyişdirməyə və daha çox yanğının başlamadan qarşısını almağı öyrənməyə məcbur edir" - deyə, o vurğulayıb.

"Çünki gələcəkdə yanacaq yanğınları və artıq Avropada müşahidə etdiyimiz yanğınlara nəzarət etmək tamamilə mümkün deyil."

İtaliyada hava temperaturunun Avropa rekordu ola biləcək 48.8 selsi səviyyəsinə çatdığı bir həftədə Penzini kimi mütəxəssislər ölkələri mütləq yanğın şəraiti, bölgə inkişafının yaxşılaşdırılması və yeni qaydalar da daxil olmaqla bir sıra islahatlar qəbul etməyə çağırıb. Penzini "Profilaktika xərc deyil. Bu, daha çox büdcə və maliyyəyə tələb edən bir investisiyadır."

O, açıq havada baş verən yanğınları tənzimləmək üçün yeni sərt qanunlara və yanğın təhlükəsi olan ərazilərdəki ev sahiblərini bundan sonra "mühafizə oluna bilən sahələrdə" - evlərlə yaxınlıqdakı otluqlar, ağaclar və kollar arasında bufer zonaları yaratmağa çağırıb.

Ekstremal hava şəraiti ilə bağlı hadisələrin artması eləcə də Avropanın yaşamaq üçün ən təhlükəsiz yerləri ilə bağlı daha böyük siyasi sualları da gündəmə gətirir ki, bunlar yay istiliyinə həssas olan bölgələrdə həm çox, həm də çox az adamın olması riskləri ilə bağlıdır.

Türkiyənin cənubi Aralıq dənizi sahili ötən ay indiyə qədər ən böyük yanğınlardan zərər çəkib. Ayrı-ayrı yanğınlar nəticəsində üç insan həyatını itirib və Marmaris və Didimin məşhur çimərlik kurortlarındakı otellər təxliyə edilməli olub.

"Strateji bir sual olaraq, o kurortlar orada olmalıdırmı?" BMT -nin Qida və Kənd Təsərrüfatı Təşkilatının yanğın idarəçiliyi mütəxəssisi Peter Mur bu bölgələrdə yanacaq yüklərinin azaldılmasının prioritet olduğunu söyləyib.

Avropa İttifaqına görə, 2005-2016 -cı illərdə 4 milyon kiçik fermanın tərk edilmsəi nəticəsində kənd əhalisinin sayının azalması torpaq sahələrinin həddindən artıq böyüməsi, bu sahələrin quruması və yanğın təhlükəsi ilə üzləşməsi deməkdir.

Penzini kənd yerlərində yanan bitki materiallarının "yanacaq yüklərini" azaltmaq məqsədilə "kənd təsərrüfatının inkişafını və əkinçiliyi təşviq etmək üçün vəsaitin lazım olduğunu” əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG