Accessibility links

Gülüş ustası Bəhram Bağırzadə koronavirusa yoluxub, səhhəti ağır qiymətləndirilir


Azərbaycanın tanınmış gülüş ustalarından olan Bəhram Bağırzadə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub və vəziyyəti ağır qiymətləndirilir. Bağırzadə Bakı şəhərində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətinin məlumatında bildirlir ki, aktyorun vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

"Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Qeyd edək ki, EKMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İyuinun 15-də gecə saatlarında Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

EKMO cihazının dəstəyi ilə birlikdə intensiv müalicəsi davam edən aktyorun ailəsinə və sevənlərinə səbir diləyir, sənətkarımıza bu çətin mübarizədə şəfa arzu edirik," məlumatda bildirilir.

Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov bildirib ki, Bağırzadə ECMO cihazına bağlandıqdan sonra son sutkada xəstəliyin dinamikası az da olsa stabilləşib və müsbət gedişat qeydə alınıb.

“Ağciyər xaricindəki digər orqanlarının funksiyalarının normaya dönməsi, laborator analizlərində mənfiləşmənin olmaması, eləcə də ağciyərlər aldığı zədədən dolayı funksiyasını göstərə bilmədiyi halda ECMO sayəsində hazırda bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı problemin olmaması ümidvericidir. Bəhram Bağırzadənin səhhəti ilə bağlı məsələlər yerli və xarici ekspertlərlə gündəlik olaraq müzakirə olunur. Azərbaycanın birinci-vitse prezidenti Mehriban Əliyeva ilk gündən məsələni şəxsi nəzarətinə götürüb, əməkdar artistin müalicəsi üçün lazımi preparatlar təmin edilib,” Mahmudov qeyd edib.

Bu gün koronavirus infeksiyasından foto-müxbir Fərman Bağırov vəfat edib. Onun səksəndən çox yaşı var idi.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG