Accessibility links

Gülmirə Aslanova: Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Polad Aslanova baş çəkiblər


Martın 3-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 1saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanova baş çəkiblər.

Bu barədə Amerikanın Səsinə Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova deyib.

"Polad Aslanovun Tibb Məntəqəsində saxlanıldığını və qida qəbul etdiyini bildiriblər. Sonuncu görüşdə mənə bildirmişdir ki,böyrəklərində,mədəsində ağrılar var və böyrəyində zülalın faizi yüksəlib”deyə o bildirib.

Bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsindən hələlik şərh almaq mümkün olmayıb.

Polad Aslanov martın 3-də aclıq aksiyasını dayandırıb. O bu barədə anasına zəng edərək bildirib.

Polad Aslanov fevralın 24-də 1 saylı Cəzaçəkmə Müəssisəsinin sanitar-tibb hissəsinə köçürülüb. O, ayrı otaqda saxlanılır, həkim nəzarətindədir.

Penitensiar Xidmətdən onun sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Fevralın 8-də Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasında xeberman.com saytının təsisçisivə baş redaktoru Polad Aslanov ilə görüşüblər. Ombudsman Aparatı nümayəndəsi Polad Aslanovun aclıq etdiyini təsdiqləyib. Bununla yanaşı, qurumda qeyd ediblər ki, P.Aslanovun vəziyyəti normaldır, sərbəst hərəkət edir, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmündən şikayətçidir.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG