Accessibility links

Gülmirə Aslanova: Polad Aslanovun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır


Gülmirə Aslanova
Gülmirə Aslanova

Xeberman.com saytının rəhbərinin həyat yoladaşının Amerikanın Səsinə müsahibəsi

Barəsində həbs qətimkan tədbiri seçilən jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində həyat yoldaşının jurnalist fəaliyyətinə görə tutulduğunu bildirib.

“Polad Aslanov hazırda onu həbs edən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Məşəd və Kərbəla ziyarətinə gedən hər bir zəvvara görə Sərhəd Keçid Məntəqəsində şirkət rəhbərlərindən rüşvət alması ilə bağlı yazılar yazırdı. Polad Aslanov və biz ailəsi olaraq onun həbsinin ancaq və ancaq həmin yazılarla bağlı olmasını bildiririk”, Gülmirə Aslanova bildirib.

“Xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov iyunun 12-də Biləsuvar Sərhəd Keçid Məntəqəsində saxlanılıb.

İyunun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda deyilir ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

“Polad Aslanovun xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirdiyi müəyyən edilib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib,” xəbərdə deyilir.

Gülmirə Aslanova: Polad Aslanovun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Amerikanın Səsi: Sizin ailəniz həyat yoldaşınıza verilən ittihamla razıdırmı?

Gülmirə Aslanova: Xeyr, bizim ailəmiz Polad Aslanovun üzərinə qoyulan ittihamların heç birini qəbul etmir. Biz Polad Aslanovun həbsini yalnız və yalnız onun jurnalist fəaliyyəti ilə əlaqələndiririk. Polad Aslanov öz jurnalist fəaliyyətinə sadiq qalaraq korrupsiyanı, rüşvəti, monopoliyanı işıqlandırıb. Bu səbəbə görə də onu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə şərləyib həbs ediblər. Polad Aslanov suçsuzdur, heç bir günahı yoxdur. Həbsi ancaq və ancaq jurnalist fəaliyyəti ilə əlaqəlidir.

Amerikanın Səsi: Əgər həbsi jurmalist fəaliyyəti ilə əlaqəlidirsə, onda, niyə dövlətə xəyanətdə ittiham olunur? Axı, o həm də əsgəri xidmətdə olub, bu yaxında tərxis olunub.

Ailəsi olaraq bizə də müəmmalı qalır ki, hansı fakta, sübuta əsaslanıb, 274 maddə ilə çinayət işi açıblar.

Gülmirə Aslanova: Bəli, bizə də müəmmalı qalan səbəb budur ki, nə üçün jurnalisti vətənə xəyanətdə ittiham edirlər. Hansı fakta, hansı sübuta əsaslanıblar, əllərində fakt, sübut olmadan, Polad Aslanovun vəkilinin iştirakı olmadan onu belə bir cinayətdə ittiham ediblər. Yəni, mən, bunu bilmək istəyirəm. Ailəsi olaraq bizə də müəmmalı qalır ki, hansı fakta, sübuta əsaslanıb, 274 maddə ilə çinayət işi açıblar. O təqsirləndirilərək hal-hazırda Dövlət Təhlükəsizliyi Xidmətində barəsində istintaq aparılır və dörd ay barəsində həbs qətimkan tədbri seçilib. Hazırda Dğövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılır.

Amerikanın Səsi: Səhhəti necədir, vəkili onunla görüşə bilirmi?

Gülmirə Aslanova: Vəkillə Polad Aslanovun iyunun 14-də görüşü olub. Görüşdə təkbətək olmayıblar. Başqa bir şəxsin iştirakı ilə görüş olub. Aslanovun psixoloji dururmu çox pisdir. Ona psixoloji basqılar çoxdur.

Amerikanın Səsi: Bu günlərdə məhkəmə olub və jurnalistin barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmədə Polad Aslanov çıxış edibmi? Nə deyib?

Gülmirə Aslanova: Bəli, 14 iyunda Polad Aslanov və vəkil Erlçin Sadıqovun iştirakı ilə qapalı məhkəmə prosesi keirildi. Polad Aslanov çıxışında bildirib ki, üzərinə qoyulan ittihamın heç biri ilə razı deyil, bütün ittihamları rədd edir. O yalnız jurnalsit fəaliyyəti ilə bağlı təqsirləndirildiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG