Accessibility links

Gültəkin Hacıbəyli: Azərbaycandan oğurlanan pullar xalqın pullarıdır


Gültəkin Hacıbəyli
please wait

No media source currently available

0:00 0:15:54 0:00

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qrup üzvü Azərbaycanda insan hüquqları pozuntularının araşdırılmasına çağırıb. 25 nəfərin təqdim etdiyi qətnamədə Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiya pislənilib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin keçmiş üzvü, müxalif siyasətçi Gültəkin Hacıbəyli Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə təklif edilmiş qətnamə layihəsi, Azərbaycanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklər, ölkədə insan haqlarının durumu və hökumətin AŞPA-nın tənqidlərinə reaksiyasından danışıb.

AŞPA deputatı Rasmus Vesterqaard Madzehin rəhbərliyi ilə hazırlanan qətnamədə göstərilib ki, landromat araşdırmasından iki il sonra Azərbaycanda vəziyyət dəyişməyib və araşdırmada qaldırılan məsələlərlə bağlı heç bir cinayət işi açılmayıb. Gültəkin Hacıbəyli avropalı deputatların bunu təəssüf və təəccüb hissi ilə qarşıladıqlarını deyib.

”Onlar qeyd edirlər ki, bu landromat sənədləri ilə çox ciddi korrupsiya faktları, çox ciddi ifşa faktları ortaya çıxıb. Bu baxımdan onların Azərbaycanda vəziyyətlə bağlı narahatlıqları çox ciddidir. Digər məqam Azərbaycanda insan hüquqlarının pozulmasına verilən qiymətdir. Onlar bildirirlər ki, bir tərəfdən ölkə rəhbərliyi, ölkə hakimiyyəti, Azərbaycan hakimiyyəti beynəlxalq səviyyədə korrupsiya ittihamları ilə üz-üzə qalır, bu ittihamları araşdırmır. Digər tərəfdən vətəndaş cəmiyyətinin üzvlərinə, ümumiyyətlə vətəndaş cəmiyyətinə qarşı, siyasi fəallara qarşı böyük basqılar həyata keçirilir.”

Gültəkin Hacıbəyli deyib ki, AŞPA deputatlarının imzaladığı bu sənəddə Azərbaycan hakimiyyəti qurum qarşısında hesabatlılığa çağırılır.

“AŞPA belə hesab edir ki, hər halda bu sənədi imzalayan 25 üzvü belə hesab edir ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq öz üzərinə götürdüyü öhdəlikləri, bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməlidir, buna görə məsuliyyət daşıyır. Və bu gün o öhdəliklər icra edilmir, əksinə insan haqları sahəsində, korrupsiya ilə mübarizə sahəsində çox ciddi problemlər var.”

Gültəkin Hacıbəyli AŞPA sənədində “Danske Bank”ın “landromat”dan əldə etdiyi mənfəətin Azərbaycanda korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının və demokratiyanın təşviqi üçün Azərbaycanın vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəldilməsi” haqda tövsiyəni xüsusi vurğulayıb.

Azərbaycandan oğurlanan korrupsiya pulları Azərbaycan xalqının pullarıdır və o pullar ayrı-ayrı korrpusionerlərin bank hesablarında qalmalı deyil, onların şəxsi varlanmasına xidmət etməli deyil. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xidmət etməlidir və bununla da Azərbaycan xalqının bütövlükdə mənafelərinə və rifahına xidmət etməlidir.

“Bu sənədə imza atan AŞPA deputatları bildirirlər ki, Estoniyanın Danske Bankı, hansı ki, onun vasitəsilə, onun üzərindən Azərbaycan Avropada çirkli pullarını yuyurdu, offşorlara böyük həcmdə vəsaitlər ötürülürdü, AŞPA deputatlarının və digər Avropa siyasətçilərinin ələ alınması üçün çirkli pulların əməliyyatları həyata keçirilirdi. Belə bir təşəbbüslə çıxış edirlər o deputatlar ki, o bankın Azərbaycanla əməliyyatlar nəticəsində əldə etdiyi vəsait bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə, zəif salınmış, pərən-pərən salınmış, çox ciddi təzyiqlərə məruz qalmış vətəndaş cəmiyyətinin gücləndirilməsinə, onlara dəstək verilməsinə yönəldilsin. Yəni bu əslində, bu günə qədər AŞPA-da, AŞPA sənədlərində görmədiyimiz, qarşılaşmadığımız bir təşəbbüsdür. Maraqlı təşəbbüsdür, amma düşünürəm ki, kifayət qədər əsaslı bir təşəbbüsdür. Azərbaycandan oğurlanan korrupsiya pulları Azərbaycan xalqının pullarıdır və o pullar ayrı-ayrı korrpusionerlərin bank hesablarında qalmalı deyil, onların şəxsi varlanmasına xidmət etməli deyil. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xidmət etməlidir və bununla da Azərbaycan xalqının bütövlükdə mənafelərinə və rifahına xidmət etməlidir.”

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG