Accessibility links

Günəş enerjisi ilə çalışan avtomobillər Cənubi Afrika küçələrində


Günəş enerjisi ilə çalışan avtomobillər Cənubi Afrika küçələrində
please wait

No media source currently available

0:00 0:01:09 0:00

Bir neçə ölkədən olan iştirakçılar Cənubi Afrikanın Yohanesburq şəhərindən Keyptaun şəhərinə qədər keçirilən günəş enerjisi çağırışı adlı yarışında iştirak ediblər. Yarışın məqsədi günəş enerjisinin malik olduğu potensiala daha çox diqqətin cəlb edilməsidir.

Cənubi Afrikada Yohanesburqdan Keyptauna qədər 5,000 kilometrlik məsafadə Günəş Ererjisi Çağırışı adlı yarış keçirilir. Yarışda doqquz komanda iştirak edir.

Bu maşınlar Cənubi Afrika, İsveçrə, Niderland və Çin tələbələri tərəfində ərsəyə gətirilib.

Bonqaqi Malebele, İştirakçı, Cənubi Afrika: “Günəş enerjisi ilə çalışan maşın ideyası futuristik səslənir. Ona görə də yanacaq problemini həll edə biləcək ideya üzərində çalışmağı kim istəməz? Günəş enerjisi ilə çalışan avtomobillər yanacağa pul sərf etmədən istədiyin yerə getməyə şərait yaradacaq.”

Yarış iştirakçıları 8 gün ərzində 18 şəhərdən keçəcək. Bu məsafəni qət edən zaman avtomobillər şəhər küçələrindən və magistrallardan istifadə edəcək.

İştirakçılar günəş enerjisi haqqında məlumatlılığı artırmaq və digər ölkələri bu texnologiyaya daha çox diqqət ayırmağa təşviq edirlər.

XS
SM
MD
LG