Accessibility links

Aclıq aksiyası edən kürd millət vəkili azadlığa çıxıb


Aclıq aksiyası edən kürd millət vəkili azadlığa çıxıb
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Türkiyə məhkəməsi cümə günü Ankaranın Suriyadakı hərbi əməliyyatlarını tənqid etdiyi üçün ötən il həbs olunan və üç aydır aclıq aksiyası keçirən kürd millət vəkilini azad edib.

Leyla Güvən azadlığa çıxmasına baxmayaraq hələ də terrorist liderlik və Suriyanın Afrin bölgəsinə Türkiyənin müdaxiləsi qarşı təbliğat aparma ittihamları ilə 31 ilədək həbs olunmaq təhlükəsi qarşısındadır.

Əsasən kürdlərin yaşadığı Diyarbakır şəhərinin hakimi artıq bir ilə yaxındır həbsdə olduğu üçün Güvənin azad olunmasına qərar verib.

Güvənin yaxınlarının verdiyi məlumata görə, kürd militant lider Abdulla Öcalanın həbsxanada təcrid olunmasına etiraz olaraq 79 gündür aclıq aksiyası keçirən xanım millət vəkilinin sağlamlığında problemlər yaranıb.

Güvən keçən il sosial mediada Türkiyənin ABŞ-ın dəstəklədiyi, Ankaranın isə terror təşkilatı olaraq tanıdığı kürd YPG qüvvələrini sıxışdırmaq məqsədilə Afrində həyata keçirdiyi əməliyyatları tənqid etdiyi üçün həbs olunan 600 nəfərdən biridir.

Leyla Güvən ötən ilin iyul ayında həbsdə ola-ola Xalqların Demokratik Partiyasından(HDP) parlamentə millət vəkili seçilib.

Partiyanın məlumatına görə, HDP-nin keçmiş 10 deputatı hələ də həbsdədir. Bunlara köhnə həmsədrlər Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxildir.

Güvən Diyarbakırın cənub-şərqində yerləşən qeyri-hökumət təşkilatları qrupu olan Demokratik Cəmiyyət Konqresinin (DTK) də həmsədridir.

O aclıqda olduğu müddətdə şəkər, duz və vitaminlərin qatıldığı su ilə qidalanır. Xalqların Demokratik Partiyası bildirib ki, aclıq aksiyasına müxtəlif həbsxanalarda olan 250 məhkum və siyasətçilər də qoşulub.

XS
SM
MD
LG