Accessibility links

27 gündür aclıq edən Polad Aslanov 4 kiloqram çəki itirib, jurnalistin həyat yoldaşı onunla görüşdən sonra deyib


Polad Aslanov

27 gündür həbsxanada aclıq edən xeberman.com saytının rəhbəri Polad Aslanov fevralın 24-də 1 saylı Cəzaçəkmə Müəssisəsinin sanitar-tibb hissəsinə köçürülüb. O ayrı otaqda saxlanılır, həkim nəzarətindədir.

Bu barədə bu gün, fevralın 27-də onunla görüşdən sonra həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib.

“Polad artıq 4 kiloqram çəki itirib. Görüşə özü yeriyib gəldi. Gözləri çuxura düşüb, rəhgi ağarıb. Vəziyyəti çox ağırdır. Ona sistem köçürmürlər. Cəzaçəkmə müəssisəsinin rəhbəri Polada deyib ki, aclığı dayandırmasa sistem köçürülməyəcək. Anası da, mən də aclığı dayandırmasını xahiş etdik. Lakin, o aclığı yalnız bəraət aldığı zaman dayandıracağını dedi. Bildirdi ki, Ali Məhkəməni tezləşdirsinlər, haqq etdiyi azadlığına qovuşsun, sonra aclığı dayandırısın,” o qeyd edib.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG