Accessibility links

Güneyli fəal Əli Xeyrcu Ərdəbil Kəşfiyyat İdarəsinə çağırılıb 


Əli Xeyrcu

İran Azərbaycanın Ərdəbil şəhərində yaşayan siyasi fəal Əli Xeyrcu Ərdəbil Kəşfiyyat İdarəsinə çağırılıb.

Əli Xeyrcu bu barədə məlumatı öz Instagram səhifəsində yayıb.

Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cü şöbəsi tərəfindən siyasi fəala göndərilən bildirişdə ən gec 5 gün ərzində şəhər kəşfiyyat idarəsində olması istənilib.

Fevralın 22-də hazırlanıb fəala göndərilən bu bildirişdə Əli Xeyrcuya vəkili ilə birlikdə Ərdəbil Kəşfiyyat İdarəsinə müraciət etmə haqqı verilib.

Xeyrcu şəxsi Instagram səhifəsində bu bildirişin İkinci Qarabağ Müharibəsi əsnasında Ərdəbildə keçirilən Qarabağa dəstək mitinqi ilə əlaqədar dosye ilə bağlı olduğunu bildirib. O, İran Azərbaycanında Qarabağ müharibəsi zamanı mitinqlər keçirildiyi zaman həbs edilmişdi.

Əli Xeyrcu
Əli Xeyrcu

Ərdəbil Məhkəməsinin 110-cu şöbəsi “Qarışıqlıq yaradaraq ümumi intizam və asayişi pozmaq” ittihamı ilə Əli Xeyrcunu 20 şallaq və 4 ay həbs cəzasına məhkum etmişdi.

Güneyli fəal Əli Xeyrcu sentyabrın 29-da digər ərdəbilli vətəndaşlarla birlikdə Ərdəbil şəhərinin Ciral parkında Qarabağa dəstək mitinqində həbs edilib, bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Sosial mediada yayımlanan videolara görə, İran hökumətinin təhlükəsizlik qüvvələri Əli Xeyrcunu həbs etmək üçün milli fəalın evinin divarından aşaraq evinə basqın edib və milli fəalı və onun ailə üzvlərini döyüb və təhqir ediblər.

Sentyabrın 29-da İran Azərbaycanının Ərdəbil şəhərinin Ciral parkında Qarabağda hərbi münaqişə zamanı Azərbaycan Respublikası və ordusuna dəstək üçün keçirilən dinc mitinq ilə əlaqədar bir çox sayda milli fəal və adi vətəndaş həbs edilib, ağır işgəncələr görüb və yüksək məbləğdə girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıblar.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG