Accessibility links

Güneyli fəal İsrafil Fəthullahzadə həbs edilib


İsrafil Fəthullahzadə
İsrafil Fəthullahzadə

İran Azərbaycanın Əhər şəhərində milli fəal İsrafil Fəthullahzadə həbs edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, İran Azərbaycanın Əhər şəhərində yaşayan milli fəal İsrafil Fətullahzadə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Yanvarın 30-da milli fəal yanacaq doldurma məntəqəsində şəxsi avtomibilinə yanacaq doldurğu zaman təhlükəsizlik qüvvələri tərəfindən tutulub və naməlum bir yerə aparılıb.

İsrafil Fətullahzadənin məhkəmə tərəfindən aldığı 7 aylıq həbs cəzası ilə əlaqədar həbs edildiyi təxmin edilir.

Milli fəal 2015-ci ildə Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində İran Televiziyasında "Fitilə" adlı bir proqramda türklərə qarşı olan təhqir ilə əlaqədar keçirilən mitinqdə həbs edilmişdi.

Fəthullahzadə Əhər İnqilab Məhkəməsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq fəaliyyəti ilə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək" ittihamı ilə 7 ay həbs cəzasına məhkum edilmişdi.

Bu hökm daha sonra Şərqi Azərbaycan əyalətinin Apelyasiya Məhkəməsinin Üçüncü şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

2015-ci ilin noyabr ayının 6-də İran İslam Respublikası Televiziyası tərəfindən yayımlanan uşaq və yeniyetmələr üçün yayımlanan bir proqramda türklərə qarşı təhqiredici mövzuya etiraz etmək üçün İran Azərbaycanının əksər şəhərlərində geniş etiraz aksiyaları baş vermişdi.

Etiraz aksiyalarında İran Azərbaycanının digər şəhərlərində olduğu kimi Əhər şəhərində çox sayda vətəndaş və milli fəal göz altına alınıb və həbs cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG