Accessibility links

Güneyli fəal İsrafil Fəthullahzadə məzuniyyətə buraxılıb


İsrafil Fəthullahzadə
İsrafil Fəthullahzadə

İran Azərbaycanının Əhər şəhərinin həbsxanasında saxlanılan siyasi məhbus İsrafil Fəthullahzadə məzuniyyətə buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Fəthullahzadə martın 18-dən aprel ayının 2-nə qədər məzuniyyətdə olacaq.

Güneyli milli fəal 100 milyon tümənlik girov müqabilində məzuniyyətə buraxılıb.

İsrafil Fətullahzadə yanvar ayının 30-da təhlükəsizlik qüvvələri tərəfindən 7 aylıq həbs cəzasının tətbiqi üçün Əhər həbsxanasına köçürülmüşdü.

Milli fəal 2015-ci ildə Əhər şəhərində İran dövlət televiziyasında "Fitilə" adlı uşaq proqramında türklərin aşağılanması ardından keçirilən aksiyalarda həbs edilmişdi.

Fəthullahzadə Əhər İnqilab Məhkəməsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq fəaliyyəti ilə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək"də ittiham edilmişdi.

Bu hökm daha sonra Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

2015-ci ilin noyabr ayının 6-də İran İslam Respublikası Televiziyası tərəfindən yayımlanan uşaq və yeniyetmələr üçün yayımlanan bir proqramda türklərə qarşı təhqiredici mövzuya etiraz etmək üçün İran Azərbaycanının əksər şəhərlərində geniş etiraz aksiyaları baş vermişdi.

Etiraz aksiyalarında İran Azərbaycanının digər şəhərlərində olduğu kimi Əhər şəhərində də çox sayda vətəndaş və milli fəal nəzarət altına alınıb və həbs cəzasına məhkum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG