Accessibility links

Güneyli fəal Ruhulla Əhmədinejad sərbəst buraxılıb


Ruhulla Əhmədinejad
Ruhulla Əhmədinejad

İyulun 2-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan türk fəal müvəqqəti olaraq sərbəst buraxılıb.

Araz News və HRA xəbər agentliyinin yayımladığı məlumata əsasən, türk fəal avqustun 3-də Təbriz həbsxanasından 150 milyon zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Ruhulla Əhmədinejad iyulun 2-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlandıqdan sonra həmin şəhərin Ettelaat idarəsinin saxlama mərkəzinə köçürülmüşdü. Türk fəalın saxlanıldığı bir ay müddətində ona yalnız bir dəfə evinə zəng etmək icazəsi verilmiş və o, qısa bir telefon zəngi vasitəsi ilə Təbrizin Ettelaat idarəsinin həbsxanasında olduğunu ailəsinə bildirmişdi. Güneyli fəalın Ettelaat idarəsinin saxlama mərkəzindən Təbriz həbsxanasına nə zaman köçürüldüyü məlum deyil.

Ruhulla Əhmədnəjadın saxlanıldığı müddətdə ona qarşı irəli sürülən ittihamlar və saxlanılmasının səbəbləri haqda onun ailəsinə heç bir məlumat verilməyib.

Ettelaat məmurları milli fəalı saxladıqdan sonra qardaşının evində reyd keçirərək axtarış aparıb. Reyd zamanı təhlükəsizlik qüvvələri milli fəala aid kitabları, komputeri və yaddaş kartlarını müsadirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG