Accessibility links

6 güneyli fəal Təbriz Həbsxanasına köçürülüb


Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən 6 güneyli fəalın Təbriz Həbsxanasına köçürüldüyü bildirilir.

Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata görə, Yusuf Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri, Şahin Bərzigər, Nadir Sadıqiyan və Əmir Səttari Rəuf avqustun 11-də Ettelaat təcridxanasından Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb.

Milli fəallar Təbriz Həbsxanasından ailələri ilə telefon əlaqəsi quraraq həbsxanaya gətirildiklərini bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyində yayımlanan məlumata görə, Yusuf Sələhşur və Nadir Sadıqiyan bir gün etiraz mitinqindən sonra və Məhəmməd Mərdi iyulun 24-də həbs edilib.

Təbriz sakini olan milli fəal Şahin Bərzigər etiraz mitinqindən öncə iyulun 22-də şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq sorğu-sual üçün təcridxanaya köçürülmüşdü. Eyni gündə Vəhid Əbhəri və Əmir Səttari Rəuf Təbrizdə Ettelaat İdarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək həmin qurumun təcridxanasına yerləşdirilmişdi.

Təbrizdə həbs edilən fəalların 24 iyul etiraz mitinqi ilə əlaqədar saxlanıldıqları ehtimal edilir. İyulun 24-də Təbriz şəhərində öncədən İran Azərbaycanının siyasi təşkilatları tərəfindən verilən çağırış əsasında Xuzistan vilayətində su qıtlığı və ayrıca Azərbaycanda dolanışıq çətinliyi və düzgün idarə etməmək nəticəsində yaranan ətraf mühit problemlərinə qarşı etiraz mitinqi keçirilmişdi. Həmin etirazlarda Xuzistanın ərəb xalqına dəstək və həmrəylik mesajı verilərək, azərbaycanlılara olan təzyiqlərə qarşı şüarlar səsləndirilmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG