Accessibility links

Güneyli fəal Vüqar Nemət ikinci dəfə həbs edilib


Vüqar Nemət

Azərbaycanlı şair və milli fəal Vüqar Nemət bir daha təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanının Qaradağ bölgəsində yaşayan milli fəal Vüqar Nemət oktyabrın 30-da Kəleybər şəhərinin Ettelaat İdarəsinin qüvvələri tərəfindən həbs edilib.

Vüqar Nemətin Qarabağ döyüşləri ilə əlaqədar olaraq həbs edildiyi bildirilir. O bundan əvvəl bir daha oktyabrın 1-də Kəleybər şəhərinin Ettelaat İdarəsinin agentləri tərəfindən nəzarət altına alınmışdı. Qarabağ döyüşlərinin başlanmasından indiyədək ikinci dəfədir ki, o həbs edilərək fəaliyyətləri ilə bağlı hədələnir.

Əldə edilən məlumata görə, İran Kəşfiyyat qüvvələri Vüqar Neməti nəzarət altına alaraq, bu barədə fəaliyyətlərinin dayandırılmasını və bu haqda düşüncələrini paylaşmamasını hədələyərək istəyiblər. O, Azad Avropa/ Azadlıq Radiosu (Azərbaycan xidməti) ilə müsahibədə Araz çayının cənub tayından xalqın sevinc ilə döyüşləri və Azərbaycan ordusunun irəliləyişini izlədiyini deyib.

Vüqar Nemət bir neçə saat Kəleybər şəhərinin Ettelaat İdarəsinin təcridxanasında müstəntiqlər tərəfindən sorğu-suala çəkildikdən sonra sərbəst buraxılıb.

Araz sərhəd ərazi bölgələrinin cənub tayında əhalinin Azərbaycan ordusuna dəstək şüarları və sevinc ilə döyüşlərin izlədiyi haqda sosial mediada video-görüntülər paylaşılıb. İran Azərbaycanının Təbriz və digər şəhərlərində Qarabağa dəstək mitinqlərində bir çox sayda milli fəal və vətəndaş həbs edilib və onlara fərqli ittihamlar irəli sürülüb.

Şərhlərə bax

XS
SM
MD
LG