Accessibility links

Güneyli məhbus Tovhid Əmir Əmini məzuniyyətə buraxılıb


Tovhid Əmir Əmini
Tovhid Əmir Əmini

Tehranın Evin Həbsxanasında 5 illik həbs cəzası çəkən Tovhid Əmir Əmini məzuniyyətə buraxılıb.

Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, türk dil haqlarını dinc yollarla müdafiə edən milli fəal Tovhid Əmir Əmininin avqustun 21-də 350 milyon tümənlik mülki girov qarşılığında 15 gün müddətinə Evin Həbsxanasından məzuniyyətə buraxıldığı bildirilir.

Əmir Əmini, digər siyasi məhbus Kiyanuş Aslani ilə birgə 2019-cu ilin fevral ayında Beynəlxalq Ana Dili Günündə Tehranda əhali arasında broşür paylayarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Daha sonra Tehran İnqilab Məhkəməsi onu "sistemə qarşı təbliğat aparmaq" və "ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamları ilə günahlandıraraq 9 il həbsə məhkum etmişdi. Tehran vilayətinin Apellyasiya məhkəməsi isə 2020-ci ilin yanvarında həmin hökmü 7 il 6 aya enidirib. Daha sonra İranın məhkəmə sisteminin yeni həbs cəzasını azaltma qanunu ilə Əmir Əminin həbs müddəti 5 ilə endirilib.

Tehranda dinc yollarla fəaliyyət göstərən türk dil haqları fəalları həmin vilayətin məhkəmələri tərəfindən ağır həbs cəzalarına məruz qalırlar. İranda hakimiyyət qeyri-fars icmaların Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirmələrinə icazə vermir.

XS
SM
MD
LG