Accessibility links

Güneyli milli fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb


Behnam Şeyxi, Əlirza Fərşi və Həmid Mənafi
Behnam Şeyxi, Əlirza Fərşi və Həmid Mənafi

İranın Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan güneyli fəal Behnam Şeyxi bir həftəlik məzuniyyətə buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, azərbaycanlı siyasi məhbus Behnam Şeyxi sentyabrın 15-də Baharistan məhkəmə icraatı tərəfindən girov qarşılığında bir həftə müddətinə məzuniyyətə buraxılıb.

Behnam Şeyxi avqustun 9-da telefon vasitəsilə ailəsi ilə əlaqə saxladığında yüksək atəş, üşütmə və Covid-19 xəstəliyinin şübhəli simptomlarının onda olduğunu söyləmişdi. O, həbsxananın tibbi mərkəzində obyekt çatışmazlığını və dolayısı ilə məhbuslardan test alınmadığı və həbsxana tibb mərkəzində isə ona yalnız bir neçə ağrıkəsici verdiyini söyləmişdi.

Behnam Şeyxi, Əlirza Fərşi və Həmid Mənafi Nadarlı ilə eyni gündə iyul ayının 21-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və iki illik həbs cəzasının tətbiq edilməsi məqsədilə Tehranın Evin həbsxanasına köçürülüb.

Behnam Şeyxi, Əlirza Fərşi, Həmid Mənafi Nadarlı, Əkbər Azad və digər milli fəallar 2014-cü ilin Fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə qurulan bir mərasimdə iştirak etdikləri üçün Tehranın Nəsimşəhr şəhərində həbs edilib və bir müddət nəzarət altına alındıqdan sonra məhkəmənin qərarına qədər müvəqqəti girov müqabilində sərbəst buraxılmışdılar.

Behnam Şeyxi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilib. Bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

XS
SM
MD
LG