Accessibility links

Güneyli milli fəal Səccad Sıdqi kəşfiyyat idarəsi tərəfindən təhdid edilib


Milli fəal Səccad Sıdqi

Təbriz şəhərində yaşayan milli fəal Səccad Sıdqinin Kəşfiyyat İdarəsi tərəfindən təhdid edildiyi bildirilir.

Günaz TV saytında dərc edilən məlumata görə, milli fəal Səccad Sıdqi İranın Təbriz şəhərindəki Kəşfiyyat İdarəsi tərəfindən telefon vasitəsilə bu idarəyə çağırılıb. Təbrizdə yaşayan fəal idarəyə müraciət etmədiyi üçün Kəşfiyyat İdarəsi tərəfindən təhdid edilib.

Kəşfiyyat İdarəsinin agentləri Səccad Sıdqi ilə qurduqları telefon əlaqəsi zamanı onun bu idarəyə müraciət etmədiyi təqdirdə onunla sərt şəkildə rəftar edəcəklərini bildiriblər.

İran qanunlarına görə, polis və təhlükəsizlik qüvvələri vətəndaşları məhkəmə orderi olmadan nəzarətə ala bilməz. Lakin İranda Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Qvardiyasına bağlı təhlükəsizlik qüvvələri vətəndaşları nəzarət altına alır.

Səccad Sıdqi aprel ayının 7-də İslam İnqilabı Qvardiyası (Sepah) qüvvələri tərəfindən nəzarət altına alınıb, "İran İslam Respublikasına qarşı təbliğat aparmaq"da ittiham olunmuşdu.

Sıdqi üç gün nəzarətdə qaldıqdan sonra 100 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdı.

Milli fəal Səccad Sıdqi daha öncə də, 2019-cu ilin noyabr ayında İranda benzin qiymətinin artması ilə əlaqədar baş qaldıran etiraz mitinqləri zamanı və həmçinin 2018-ci ildə Babək qalası mərasimləri ilə bağlı İranın kəşfiyyat agentləri tərəfindən nəzarət altına alınmışdı.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG