Accessibility links

Güneyli milli fəal Salar Tahir Əfşarın cəzası sona çatıb 


Salar Tahir Əfşar
Salar Tahir Əfşar

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, dekabr ayının 9-da İran Azərbaycanının Urmiyə şəhərinin sakini olan güneyli milli fəal Salar Tahir Əfşarın 1 illik həbs cəzası sona çatıb.

Yayılan məlumata əsasən, Salar Tahir Əfşarın 1 illik həbs cəzası İranda həbsxanalarda məhbusların sayısının azaldılması təlimatının tətbiqi ilə cəzasının bitməsinə 4 ay qalmış bitib.

2020-ci ilin aprel ayının 19-da Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən atası evində həbs edilən Tahir Əfşar 1 illik həbs cəzasının tətbiqi üçün Urmiyə Mərkəzi Həbsxanasına köçürülmüşdü.

O, iyunun 19-da həbsinin qalan hissəsini elektronik qandalla çəkmək üçün həbsxanadan buraxılmışdı.

Urmiyəli milli fəal Salar Tahir Əfşar İkinci Qarabağ Müharibəsi zamanı İran Azərbaycanında keçirilən Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilərək ilkin məhkəmə tərəfindən "sistemə qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamlarından dolayı 4 il həbs cəzasına məhkum edilmişdi. Ona qarşı verilən hökm daha sonra Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən 1 ilə endirilmişdi.

Tahir Əfşar daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən müxtəlif cəzalara məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG