Accessibility links

Güneyli milli fəal Yaşar Piri həbs edilib


Yaşar Piri

İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Yaşar Piri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İran Azərbaycanında İnsan hüquqları müdafiə fəallarından əldə edilən məlumata görə, Təbrizdə yaşayan milli fəal Yaşar Piri fevral ayının 21-də Beynəlxalq Dünyalıq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Hal-hazırda fəalın həbs edilməsi səbəbi və harada saxlanıldığı barədə heç bir məlumat yayılmayıb.

Yaşar Piri Bundan əvvəl 2012-ci ilin aprelində Təbriz şəhərində Urmiyə Gölünün qurumasına etiraz mitinqinə qatıldıqdan sonra həbs edilib və ona qarşı irəli sürülən “ictimai asayişi pozmaq” ittihamı ilə üç ay həbs və 30 şallaq cəzasına məhkum edilmişdi.

Güneyli milli fəal Yaşar Piri 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə həbs edilib, nəzarət altına alınmışdı.

26 gün nəzarətdə saxlanılaraq, sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılan Piri qardaşları Təbrizin İnqilab Prokurorluğunun 16-cı şöbəsi tərəfindən, "ölkənin daxili təhlükəsizliyinə qarşı cinayətlər törətmək üçün toplanmaq”, “ölkənin təhlükəsizliyini pozan qruplarda üzv olmaq”, “sistemə qarşı təbliğat aparmaq”, “qeyri-adi hərəkətlər edərək ictimai intizamı pozmaq” və “noyabr mitinqlərində iştirak etməklə dövlət məmuruna müqavimət göstərmək" ittihamları ilə üzləşmişdilər.

Şərhlərə bax

XS
SM
MD
LG