Accessibility links

Güneyli musiqiçi Abbas Nikrəvan Urmiyədə nəzarətdə saxlanılır


Abbas Nikrəvan

İranın Qərbi Azərbaycan vilayətinin Salmas şəhərinin sakini olan tanınmış güneyli musiqiçi və mədəni fəal Abbas Nikrəvanın sentyabrın 5-də həbs edilərək Urmiyə Ettelaat İdarəsinin təcridxanasında saxlanıldığı bildirilir.

Bölgədə fəaliyyət göstərən insan haqları müdafiəçilərinin yaydığı məlumata görə, saxlanılan mədəni fəalın ailəsi Urmiyə İnqilab Məhkəməsinə müraciət edəndən sonra cənab Nikrəvanın həmin şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanıldığı bildirilib.

İran Azərbaycanının xəbərlərini yayımlayan Aznews TV saytında dərc olunan məlumata görə, Nikrəvan dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs və ya basqılara məruz qalıb, onun musiqi fəaliyyətləri, o cümlədən 2015-ci ilin fevralında xeyriyyə məqsədilə təşkil edəcəyi bir konserti ləğv edilib.

2018-ci ilin iyulunda Babək Qalası yürüşü ərəfəsində Nikrəvan iş yerində həbs edilib, bir həftə nəzarət altında saxlanılıb, dindirildikdən sonra vəsiqə qarşılığıında sərbəst buraxılmışdı.

Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərinin Nadarlı kəndindən olan güneyli fəal daha öncə də 2014-cü ildə iştirak etdiyi bir toy mərasimində döyülərək həbs edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda iki nəfər seldə həlak olub
please wait

No media source currently available

0:00 0:12:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG