Accessibility links

Güneyli qadın rejissorun filmi Türkiyə festivalında ikinci oldu


Leyla Novruzi
Leyla Novruzi

Qısametrajlı "Qara Yol" filmi Türkiyənin Bursa film festivalında ikinci yeri tutub.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi və Bursa Ticarət və Sənaye Palatası əməkdaşlığı ilə "Ehli Sanat Senima" və Mədəniyyət Dərnəyinin təşkil etdiyi "Uluslararası Yed-i Velayet 7 Vilayet Kısa Film Festivali"nda mükafat mərasimi keçirilib.

Leyla Novruzi İran Azərbaycanının Ərdəbil şəhərində doğulub.


Qısametrajlı filmlər kateqoriyasında rejissorlar Ozan Sihay və Tufan Şimşekcan birinci, İran Azərbaycanından olan rejissor Leyla Novruzi "Qara Yol" ilə ikinci, Tolga Okur "Arise" ilə üçüncü yerə çıxıblar.

Qısametrajlı Qara Yol filmi Türkiyə Bursa Beynəlxalq Film Festivalında ikinci olaraq, ikinci heykəli və pul mükafatını qazanıb.


Leyla Novruzi İran Azərbaycanının Ərdəbil şəhərində doğulub, hal-hazırda Türkiyənin İstanbul şəhərində memarlıq ixtisasında təhsil alır. Bundan əvvəl Novruzi 1-ci Bakı Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin üzvü seçilmişdi.

Ərdəbilli rejissor Leyla Novruzi iki şeir və bir hekayə kitabının müəllifidir. İstanbul İpək Yolu kinofestivalının (2016), Təbriz kinofestivalının (2017), İsfahanın hekayə festivalının (2015) və s. festivalların mükafat sahibidir. 2015-2016 illərində Ərdəbil şəhərində keçiriliən “Qar” festivalında həkayə üzrə münsiflər heyətində iştirak etmişdir. 2018-ci ildə çap olunmuş “Azərbaycan animasiyası” kitabının müəlliflərindən biridir.

Güneyli rejissor daha əvvəl 'Traktor' futbol komandasının azarkeşləri haqda bir film çəkmək istədiyini, ancaq futbol kulubundan hələ bir cavab almadığını bildirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG