Accessibility links

Güneyli siyasi fəal Əli Əzizi 6 il həbs cəzasına məhkum edilib


Əli Əzizi
Əli Əzizi

İran Azərbaycanının Urmiyə şəhərində yaşayan siyasi fəal Əli Əzizi 6 il həbs cəzasına məhkum edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, urmiyəli türk fəal Əli Əzizi Təbriz İnqilab məhkəməsinin 3-cü şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

Əli Əzizi "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "GAMAC adlı qeyri qanuni təşkilata üzv olmaq" ittihamları ilə Təbriz İnqilab məhkəməsinin 3-cü şöbəsinin sədri olan hakim Fəthnijad tərəfindən 6 il həbs cəzasına məhkum edilib. İranın Cinayət Məcəlləsinin 134-cü maddəsinə görə, apellyasiya məhkəməsində bu hökm qəbul olsa, Əzizi 5 il həbs cəzası çəkəçək.

Milli fəala qarşı ittihamları ilə əlaqədar məhkəmə iclası sentyabrın 14-də keçirilmişdi.

Məhkəmə tərəfindən Əli Əziziyə verilən hökm şifahi olaraq onun vəkilinə bildirilib.

Əzizinin işi ilə bağlı ikinci iclas oktyabrın 21-də Təbriz Cəza Məhkəməsinin 107-ci şöbəsində ona qarşı irəli sürülən “kiber məkanda yalan məlumat yaymaq” ittihamı ilə əlaqədar keçirilmişdi.

Əli Əzizi fevral ayının 23-də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən atasının evində nəzarət altına alınıb və martın 25-də 500 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmlşdı.

Əli Əzizi daha əvvəl 2019-cu ilin noyabr ayında İranın müxtəlif şəhərlərində keçirilən kütləvi etirazlarla əlaqədar Urmiyə şəhərində həbs edilib və “ümumi intizam və asayişi pozmaq” və “qanunsuz aksiya keçirərək yolu bağlamaq” ittihamları ilə mühakimə olduqdan sonra 20 zərbə şallaq və 15 milyon rial cərimə cəzasına məhkum olmuşdu.

Əzizi dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və hökümət məhkəmələri tərəfindən fərqli cəzalara məhkum edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG